Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qafqazın ən böyük kolbasa-sosis istehsalçısı olan şirkətdən REPORTAJ

“Biz şəffaflıq, aşkarlıq tərəfdarıyıq. Jurnalistlər istənilən gün, istənilən saatda gəlib istehsal prosesi ilə tanış ola bilərlər”.

“Səhliyalı” MMC-nin sahibi İlham Bəşirov: “Bizim istehsal etdiyimiz məhsulları evdə övladlarımız yeyir” 

Son günlər ölkə mətbuatında bir neçə kolbasa şirkəti ilə bağlı xəbərlər dolaşırdı. Dərc edilən xəbərlərdə şirkətlərin adı hallanaraq, onlar haqqında ciddi ittihamlar irəli sürülmüşdü. “Yeni Müsavat” qəzeti də bu məsələ ilə bağlı yazı dərc etmişdi. 

“Din.az” xəbər verir ki, həmin məqalədən sonra məsələni daha da dəqiqləşdirmək üçün adı hallanan şirkətlərdən biri olan “Səhliyalı” MMC şirkətinə baş çəkdik. Şirkət rəhbərliyi istehsalat prosesini görmək istəyimizi geri çevirmədi və bütün istehsal prosesi ilə tanış ola bildik.

Şirkətdə məhsulun hazırlanma prosesi, ət kəsimi, ətlərin saxlanma qaydası, kolbasa və sosislərən istehsalı, bir sözlə, bütün işlə yaxından tanış olduq. 

“Səhliyalı” firması “1000 bərəkət, halal nemət” ticarət nişanı altında 2009-cu ildən bəri halal ət məhsulları istehsal edir. Şirkət gün ərzində tələbata uyğun olaraq orta hesabla 5 tona qədər kolbasa istehsal edir və şəhərin bütün marketlərinə, həmçinin bölgələrə də paylanılır. Məhsulların mağazalara paylanma işi isə ekspeditorların üzərinə düşür.

İlk olaraq inəklərin saxlandığı yerə getdik. Burada kəsilmə vaxtını gözləyən heyvanlar daimi nəzarətdə saxlanılır. Şirkət daxilində nəzarət üçün baytar həkimlər çalışır. Onlardan biri dövlət tərəfindən təyin edilmiş həkimdir. Həm onun, həm də şirkətin baytar həkiminin möhürü olmadan ətlər istehsala gedə bilməz. 

Laboratoriyada tam şəkildə sağlamlığı yoxlanıldıqdan sonra heyvanlar kəsim bölməsinə gedir. Kəsildikdən dərhal sonra onlardan nümunələr yenidən laboratoriyaya göndərilir. Bu iş üçün də ayrı əməkdaşlar çalışır.

Sehliyali-17

Laboratoriya müdiri İlahə İsmayılova: “Ətlər kəsiləndən sonra biz onların limfa düyünlərindən nümunə götürürük. Bundan sonra da 4-cü, 5-ci fəqərədən ət parçaları götürüb, incələyirik. Ətlər üzərində bakterioloji müayinə də aparırıq. Bütün göstəricilər bizim normalara uyğun olduqdan sonra istifadəyə icazə veririk”.

Bir neçə mərhələli yoxlamalardan sonra ətlər sümükdən ayrılır və qablaşdırılması üçün xüsusi avadanlığa yerləşdirilir. Tam təmiz və steril şəkildə həyata keçirilən qablaşdırma daha sonra xüsusi sobalara yerləşdirilərək bişirilir. Xüsusi sobalarda bişən məhsullar soyuq su və soyuq külək vasitəsilə soyudulur. Daha sonra isə satışa göndərilir.

Şirkət heyvanların harada və necə kəsilməsinə həssaslıqla yanaşır. Kəsimlərdən bir neçəsinin şahidi də olduq. İnəklər xüsusi aparat vasitəsilə tərpənməyəcək şəkildə saxlanılır. Bundan sonra İslamın bu məsələdə qoyduğu bütün qayda-qanunlara əməl edilir. Gigiyenik şəraitdə və halal qaydalara uyğun olaraq heyvan kəsimləri həyata keçirilir. Şirkətin bütün avadanlıqları isə ən müasir texnologiyalardır. Cihazlar Almaniyadan, Hollandiyadan, Finlandiyadan və digər Avropa ölkələrindən gətirilib. Bu kəsim yerində ciddi standartlar müəyyənləşdirilib.

Sehliyali-2

Şirkət rəhbəri İlham Bəşirov bildirdi ki, hazırda “Səhliyalı” MMC-də 500-ə yaxın insan çalışır: “Səhliyalı bizim babamızın adıdır. Biz bir ailə şirkətiyik. Bu şirkəti qardaşlar olaraq qurmuşuq. Amma burda 500 nəfərə yazın kollektiv tam bir ailə kimiyik. Vaxtı ilə Rusiyada bizneslə məşğul idik. Sonra Azərbaycana köçdük. Qarabağ müharibəsi başlayanda vətənə gəlmək qərarı verdik. Rəhmətlik qardaşım Vahid Bəşirov könüllü olaraq Qarabağ müharibəsində iştirak edib. Atəşkəsdən bir müddət sonra – 1996-cı ildə bu şirkəti qurduq. Artıq 20 ildir fəaliyyət göstəririk”.

Sehliyali-1

İ.Bəşirov dedi ki, ailələri də burada istehsal olunan məhsullardan istifadə edir: “Biz ailəmizə necə keyfiyyətli məhsul təqdim etmək istəyiriksə, eyni keyfiyyəti müştərilərimizə də təqdim edirik. Bizim zavodumuz Qafqazda birinci yerdədir. Kolbasa üçün inək ətindən istifadə edirik. Çünki inək əti yağsız olur, dana iti yağlı. Texnologiya tələb edir ki, biz istehsal prosesində 4-5 illik inəklərin ətindən istifadə edək. Gördüyünüz kimi, inəklər burda diri şəkildə saxlanır. Heyvanları fərdi şəxslərdən, fermerlərdən alırıq. Əsasən süd və bala vermək qabiliyyətini itirmiş inəkləri alırıq. Üstəlik, özümüzün fermamız da var”.

Sehliyali-10

                                                       “Səhliyalı” MMC-nin sahibi İlham Bəşirov

İ.Bəşirov bizə bir maraqlı arayış verdi: “Bax bu gördüyünüz iki şəxs – kəsim sexinin direktoru Rəhim Sultanov 10 il Avstriyanın ”Şaller” firmasının Azərbaycanda MDB üzrə nümayəndəsidi. Kəsim və kolbasa üzrə texnoloqlar yetişdirirlər. İstehsalat üzrə müdir müavini Rəfael Məmmədov “Şaller” firmasında 6 il çalışıb. Hər iki şəxs Keşlə ət kombinatında uzun illər çalışıblar. Sovet dövründə universiteti qırmızı diplomla bitiriblər. Burda çalışan mütəxəssislər nəinki  Azərbaycan, MDB məkanında barmaqla sayılacaq ən yaxşı mütəxəssislərdəndir”.

“Səhliyalı” müəssisəsinin istehsalat üzrə müdir müavini Rəfael Məmmədov: “Bizim şirkət 1996-cı ildən fəaliyyət göstərir. Həmin ildən etibarən kolbasa istehsalına başlayıb və uğurla da davam edir. Zamanla şirkətimiz böyüyüb. Müəssisənin öz yardımçı təsərrüfatı da var. 1000-1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı ölkənin ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir. Orada saxladığımız heyvanların həm südündən istifadə edirik, həm də ət tədarükümüzü təmin edirik. Amma bu da kifayət etmir. Biz digər yerlərdən – qonşu ölkələrdən də heyvan gətiririk. Bütün ət məhsullarımız yüksək standartlara cavab verir. Bunu istənilən zaman yoxlamaq olar”.

Sehliyali-12

Kəsim sexinə keçdik. İçəri daxil olan hər kəs xüsusi dezinfeksiya cihazından keçir. Sexə daxil olan hər kəs ayağına baxer taxmalı, xalat geyinməlidi. Kəsim, istehsal, qablaşdırma və digər sexlərdə də vəziyyət eynidir. “Səhliyalı” şirkətində olduğumuz bir neçə saat müddətində təmizliyə çox ciddi nəzarət və əməl olunduğuna şahidlik etdik.

İlham Bəşirova bizi kəsim sexi ilə tanış etdi. Bildirdi ki, döşəmə Avropa istehsalı olan xüsusi materialdan hazırlanıb: “Gördüyünüz bu döşəmə antibakteriolojidir. Divarlar və tavan nerjavika materialındandır. Bu ona görə belədir ki, heç bir mikrob, bakteriya hansısa küncdə, dəlikdə ilişib qalmasın. Biz bu zavodu komple olaraq tam müasir standartlara uyğun gələn Avropa, daha doğrusu, Almaniya texnologiyası ilə qurmuşuq”.

Sehliyali-5

Kəsim sexində heyvanın ətindən bağırsağına kimi hər şey istifadə olunur. İ.Bəşirov bildirdi ki, heyvanlar kəsildikdən sonra içalatları da laboratoriya şəraitdə analiz edilir, sonra satılır.

Kolbasa və sosislərin son istehsal sexində ət məhsullarına vurulan ədviyyatlar, kərə yağları xüsusi yerdə saxlanılır. İstehsal prosesində istifadə olunan bütün avadanlıqlar xüsusi aparatlarda dezinfeksiya edilərək yuyulur.

Müəssisə daxilində bir neçə yeməkxana mövcuddur. Burada eyni anda 100-ə yaxın işçi yemək yeyə bilir. Halal və qeyri-halal (donuz ətindən hazırlanan məhsullar-red.) məhsulların istehsal yerləri fərqlidir. Burada çalışanlardan tutmuş, sexlərə, cihazlara, qablaşdırmaya qədər, hətta giriş-çıxış qapısına qədər ayrıdır.

Sehliyali-3

Zavodda olduğumuz bir neçə saat ərzində diri inəyin kəsilməsindən tutmuş, onun sosiska və kolbasaya çevrilməsinə qədər olan bütün prosesi izlədik. Gördüklərimiz bizi bu şirkətin məhsullarından istifadə edən zaman tam rahat olmağa əsas verdi.

Rəfael Məmmədov bizi əvvəldən axıra istehsal prosesi ilə tanış etdikdən sonra zavodun ərazisindəki bir neçə texniki qurğu haqda da danışdı. O, zavod ərazisindəki çirkli suları filtirizasiya etmək üçün tikilən qurğunu göstərib bildirdi ki, tullantı suları buradan keçdikdən sonra ümumi kanalzasiya xəttinə axıdılır. Qurğunun tikintisinə 150 min dollar xərclədiklərini söylədi. Həmçinin buxar hazırlayan qurğu ilə də bizi tanış etdi.

Sehliyali-4

SONDA

R.Məmmədovdan “Səhliyalı” məhsullarının qayıdış faizini soruşduq. Dedi ki, ticarətdə qayıdış mütləq olur: “Bizim məhsullardan da 2-3 faizi geri qayıdır və biz bunu öncədən nəzərdə tuturuq”. Marketlərdən geri qayıdan malların aqibəti ilə maraqlandıq. Bizi qayıdan malların məhv edildiyi əraziyə apardı. Orada kolbasa-sosislər öncə soyulur, üzərlərindəki etiketlər ayrıca yığılır, sonra məhsullar xüsusi maşından keçirilərək tam yararsız hala gətirilir, lap axırda da iri sobada yandırılır.

“Səhliyalı” şirkətinin sahibi və rəhbəri İlham Bəşirov sonda bunları söylədi: “Biz şəffaflıq, aşkarlıq tərəfdarıyıq. Jurnalistlər istənilən gün, istənilən saatda gəlib istehsal prosesi ilə tanış ola bilərlər. Gizlədəcək, saxlayacaq heç nəyimiz yoxdu. Bizim şirkətin istehsal etdiyi məhsullardan 10 milyon əhali istifadə edir. Biz bunun nə demək olduğu, necə ciddi bir məsuliyyət daşıdığımızı yaxşı anlayırıq, ona görə də istehsal etdiyimiz məhsullara tam zəmanət veririk. Mən kolbasa istehsalında ən son texnoloji avadanlıqları dünyanın qabaqcıl ölkələrindən alaraq bu zavoda gətirib quraşdırmışam. Xammalımızı da özünüz gördünüz, ona görə də kim bizim haqqımızda nəsə mənfi bir söz deyəcəksə, yazacaqsa, o adamları zavodumuza dəvət edirik. Gəlib hər şeyi öz gözləri ilə görsünlər, sonra nə yazacaqlarsa, özləri bilər”.

Sehliyali-8

“1000 Bərəkət, Halal Nemət”də kolbasalar belə hazırlanır… – VİDEO

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...