Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qafqazın ən hündür minarəli məscidi AZƏRBAYCANDADIR – FOTO

Qafqazda ən hündür minarəsi olan məscid Balakəndə yerləşir. Unikal abidənin 200 ilə yaxın yaşı var.  “Din.az” xəbər verir ki, Balakən rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Xəlifə Mirəliyevin “Report”a verdiyi məlumata görə, rayon ərazisində yerləşən Pəri qalası, Nur məbəd, Katex gözətçi qüllələri ilə yanaşı, Qafqazın ən uca minarəli məscidi də respublika əhəmiyyətli memarlıq abidəsidir: “Ən hündür minarəsi olan məscid 1867-1877-ci illərdə tikilib. Məscidin tikintisinə […]

Qafqazda ən hündür minarəsi olan məscid Balakəndə yerləşir. Unikal abidənin 200 ilə yaxın yaşı var. 

“Din.az” xəbər verir ki, Balakən rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Xəlifə Mirəliyevin “Report”a verdiyi məlumata görə, rayon ərazisində yerləşən Pəri qalası, Nur məbəd, Katex gözətçi qüllələri ilə yanaşı, Qafqazın ən uca minarəli məscidi də respublika əhəmiyyətli memarlıq abidəsidir: “Ən hündür minarəsi olan məscid 1867-1877-ci illərdə tikilib. Məscidin tikintisinə Qax rayonunun İlisu kəndindən olan usta başlasa da, onun ölümündən sonra minarənin inşasını ustanın şagirdləri başa çatdırıblar. Yerli sakinlər isə minarənin balakənlilər tərəfindən inşa edildiyini deyirlər”.

Muzeyin direktoru əlavə edib ki, hər il Balakən rayonuna gələn turistlərin 90 faizi məscidi ziyarət edir.

Məscidin minarəsinin uzunluğu 45, eni isə 23 metrdir. Məscidin binası çay daşından, minarəsi isə bişmiş kərpicdən inşa edilib. Tikintidə əhəng və yumurta sarısından istifadə olunub ki, bu da indiyə qədər hündür minarənin dayanıqlı qalmasına kömək edib.

“Report” Balakənə ezam olunan müxbirinin Qafqazda ən hündür minarəsi olan məsciddən hazırladığı fotoreportajı təqdim edir.

d562b4ad-07bc-42b3-be64-c623a3e8a1c4_640

48acfe2a-eccd-4fa5-9ffe-4fb39c099bbf_292

0e8b7451-5975-44e5-9843-697aaa44ca85_640

azz_5868

azz_5863

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...