Qafqazın şeyxi Mirziyayevlə görüşdü – Video

“Özbəkistan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənəcək”.
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazade Özbəkistan Prezidenti Şövkət Mirziyayevlə görüşüb.
Din.az Axar.az-a istinadla xəbər verir ki, görüşdə iki ölkənin qarşılıqlı maraqlarına xidmət edən üzünmüddətli tərəfdaşlığın getdikcə inkişaf edəcəyi, Özbəkistan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənəcəyi vurğulanıb.
Ortaq mədəniyyət, milli adət-ənənələr və mənəvi dəyərlərə, habelə qarşılıqlı hörmət və ehtirama söykənən Özbəkistan-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı yüksək qiymətləndirilib.
Azərbaycanın iki qardaş xalqı bir-birinə sıx bağlayan, onları birləşdirən etibarlı körpü olduğu diqqətə çatdırlıb.