Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
29/05/2014 Roma,  Camera dei Deputati, conferenza stampa di FI e Lega Nord. Forza Italia annuncia la firma dei referendum della Lega per reintrodurre il reato di immigrazione clandestina e per l' abolizione della riforma Fornero. Nella foto Matteo Salvini

Qalmaqallı açıqlama: “İslam bir din deyil!”

Share Button

İtaliyada Şimal Liqasının lideri Matteo Salvini İslamın bir din olmadığını deyib

Türkiyənin Avropa Birliyi (AB) üzvlüyünə və miqrantlara qarşı münasibəti ilə tanınan İtaliyada Şimal Liqasının lideri Matteo Salvini “La-Stampa” qəzetinə verdiyi açıqlamada İslamla bağlı mənfi fikirlərini ağır sözlərlə ifadə edib.

“Din.az” xəbər verir ki, daha əvvəl İslamın “qeyri-qanuni” bir din olduğunu iddia edən və bunu nə üçün söylədiyini soruşduqda Salvini “çünki İslam köhnə həyat fikrinə sahibdir, qürurlu və təhlükəlidir” deyərək qarşılıq vermişdi.

“Müsəlmanların idarəolunmaz köçü bizim üçün təhlükəlidir…”

İtaliya Konstitutsiyasının din azadlığını müdafiə etdiyini xatırladan Salvini “İslam bir din deyil, bizimki ilə tamamiylə uyğun gəlməyən köhnə bir həyat tərzidir. Müsəlmanların nəzarəsiz köçü (Avropaya) bir həqiqətdir və bu bizim azadlığımız üçün böyük bir təhlükədir” ifadələrini işlədib.

Salvini bundan başqa, miqrantları həqiqətən inteqrasiya etmək istəyirlərsə, sadəcə xristian olanları qəbul etməyin daha yaxşı olacağını da bildirib.

İtaliyada son dövrlər bəzi müsəlman din adamlarının terrorizm şübhəsi ilə deportasiya edildiyini də xatırladan Matteo Salvini “fərqi yoxdur, biri gedir, o biri gəlir” deyərək, dəniz yolu ilə İtaliyaya gələn, minlərlə ümid yeri axtaran yolçulara işarə edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top