Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qalmaqallı siyasətçidən müsəlmanlarla bağlı qeyri-insani təklif

Tramp hesab edir ki, bu üsulla ölkədə terror hadisələrinin qarşısını almaq mümkün olacaq

ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizəd olan, müsəlmanların əleyhinə dəfələrlə qalmaqallı çıxışlar edən Donald Tramp bu dəfə də ənənəsini pozmayıb.

“Din.az” xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Tramp CBS telekanalında verilişlərdən birinə telefonla zəng edən Tramp yenidən müsəlmanları hədəfə alıb.

O bildirib ki, Birləşmiş Ştatlarda yaşayan müsəlmanlar ciddi və gizli şəkildə nəzarətdə saxlanılmalıdır.

Keçən həftə Florida ştatının Orlando şəhərində baş verən hücumdan sonra ölkədə terror hadisələrinin qarşısının alınması məqsədilə görüləcək tədbirlər proqramda müzakirəyə çıxarılıb.

Tramp deyib ki, terror aktlarının qarşısının alınmasının bir yolu var, o da müsəlmanları gizli şəkildə nəzarətdə saxlamaqdan ibarətdir.

“Hesab edirəm ki, nəzarət vacib məsələdir. Başqa ölkələr bunu edir. Məsələn, İsraildə belə nəzarət uğurla həyata keçirilir. Biz də ağlımızı işə salmalıyıq”, – qalmaqallı siyasətçi bildirib.

Daha sonra Tramp iddia edib ki, müsəlmanlar gördükləri şübhəli şəxslər barədə də hüquq-mühafizə orqanlarında heç bir məlumat vermir.

Bundan əvvəl də Tram təklif edib ki, Birləşmiş Ştatlarda yaşayan müsəlmanların hamısı – uşaqlar, qadınlar gizli şəkildə izlənilsin, onlar haqqında mütəmadi hesabatlar verilsin.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...