Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qan tökmək, baş yarmaq o qədər də xoşagələn deyil. Artıq bunun zamanı keçib”. – Deputat

Aşurada bunu etmək böyük savab olar …

“Məhərrəmlik ayında insanların qan tökmək, baş yarmaq, sinə vurmaq əvəzinə qanvermə aksiyasına qoşulması böyük savab olar”.

Din.az bildirir ki, bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü Musa Quliyev deyib.

Onun sözlərinə görə, Məhərrəmlik ayı, Aşuranın qeyd olunması şiə müsəlmanları üçün həm matəm, həm də tarixi qəhrəmanlıq olaraq iki amil daşıyır: “Yəni həmin gün imamlara təkcə yas tutmaq məqsədəuyğun deyil. Kədərlənməklə yanaşı, başqa motivasiyalar da verilməlidir. İmamların şəhidliyinin tərbiyəvi cəhətləri, onların mənəvi dəyərləri, əqidə uğrunda mübarizə aparmağın nümunəsi olaraq təbliğ olunmalıdır. Məhərrəmlik ayında müxtəlif adamlar ehsanlar verir, süfrə açırlar. Bu, yaxşı əlamətdir. Lakin qan tökmək, baş yarmaq o qədər də xoşagələn deyil. Artıq bunun zamanı keçib”.

M.Quliyev qeyd edib ki, insanlar qan tökmək əvəzinə qanvermə aksiyalarında iştirak edərək, xəstə insanlara, qana ehtiyacı olanlara kömək edə bilərlər.

“Hörmətli şeyximiz başda olmaqla Qafqaz Müsəlmanları İdarəsi neçə ildir qanvermə aksiyası kimi gözəl ənənəni davam etdirirlər. Lakin bu aksiyanın daha geniş şəkildə aparılması yaxşı olar. İnsanlar özlərinə əzab-əziyyət vermək əvəzinə bu aksiyada iştirak edərək, qana ehtiyacı olan xəstələrin şəfa tapmasına kömək edə bilərlər. Bununla onlar özlərinə savab, xətirlərini əziz tutduqları imamlara isə rəhmət qazanarlar”, – deyə Milli Məclisin üzvü bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...