Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Qanunu pozmağa çalışan suriyalı qaçqınlar Türkiyədən deportasiya olunacaq”

“Qaçqınların qanunlar çərçivəsindən kənara çıxmalarına icazə verilməyəcək”.

Suriyalı qaçqınlara Türkiyədə qüvvədə olan qanunlar çərçivəsindən kənara çıxmağa icazə verilməyəcək.

Din.az bildirir ki, bunu Türkiyənin sabiq baş naziri, İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib.
O bildirib ki, qanunu pozmağa çalışan hər bir suriyalı qaçqın Türkiyədən deportasiya olunacaq.

B.Yıldırım əlavə edib ki, İstanbulda 700 min suriyalı qaçqın yaşayır və Suriyada münaqişə başa çatan kimi onlar İstanbulu tərk edəcək.

Qeyd edək ki, statistik məlumatlara əsasən Türkiyədə 3,6 milyon suriyalı qaçqın məskunlaşıb. /  Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...