Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qapalı yerlərdə siqaret çəkmə qadağası aradan qaldırılıb? – VİDEO – FOTO

Bəziləri “obyekt sahibi icazə verir” deyib siqaret çəkilərlər.

Ölkə ərazisində qapalı məkanlarda tütün məmulatları ilə bağlı qadağa qüvvəyə minsə də, ancaq bəzi obyektlər buna məhəl qoymur.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, bir çox yerlərdə qadağanı bildirən elan lövhələri vurulsa da, obyekt sahibi müştərinin rahatlığı üçün icazəni verir. İnzibati xəta növü kimi qiymətləndirilsə də, cəmiyyətdə bu qadağaların mövcudluğuna rast gəlinmir.

Bəziləri kimin cərimələnəcəyindən xəbərsizdi, kimisi də “obyekt sahibi icazə verir” deyib çəkir.

Sakin: “Toya getdiyimiz zaman yazıb-yapışdırılmağına rəğmən nə toy sahibi, nə də qonaqlar buna məhəl qoymur”.

Sakin: “Kafelərə gedəndə qadağalar görürük, amma yenə də çəkməyə icazə verirlər. Bir söz demirlər, gedib oturan kimi qabağımıza külqabını qoyurlar”.

Ancaq bir məsələ də var ki, İnzibati Xətalar Məcəlləsində obyekt sahiblərinə yalnız siqaretdən qadağa haqqında lövhənin olmamasına görə cərimə yazıla bilər. Deməli, qanunun işləmə mexanizimində müəyyən boşluqlar mövcuddur.

Tahir Əlirzayev – hüquqşünas: “Qanunvericilikdə elə olmalı idi ki, restoran və kafe sahibləri özləri müştərilərin siqaret çəkmələrinə icazə verməsin. Müştəri siqaret çəkdiyi təqdirdə restoran və ya kafe sahibi izibati məhsuliyyətə cəlb edilməlidir”.

Artıq bu iş Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinə tapşırılıb. Bu iki strukturun əməkdaşları tərəfindən keçirilən reyd zamanı vətəndaş təyin olunmamış yerdə tütün məmulatlarında istifadə edərsə, Daxili İşlər Nazirliyinin yaxud da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qanun çərçivəsində həmin şəxsi cərimələyə bilər.

Fazil Mustafa – millət vəkili: “Bu qadağa hər zaman cərimə növü kimi tətbiq olunmamalıdır. Bir növ vətəndaşlara xəbərdarlıq olunması vacibdir”.

Xatırladaq ki, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat bəbləğində cərimə edilir.

https://daytube.az/az/videos/64523/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...