Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qapıçı özünü yerə yıxdı – futbolçu yoldaşları orucunu açdı – VİDEO

Tunis futbolçusundan maraqlı taktika …

Tunisli futbolçula Portuqaliya və Türkiyə ilə oynadıqları matç zamanı oruclarını açmaq üçün qəribə üsula əl atıblar.

Din.az xəbər verir ki, tunisli qapıçı Mouez Hassen iftar vaxtında hiylə edərək özünü zədə alan kimi göstərib. Həmin vaxt ərzində isə futbolçu yoldaşları oruclarını açıblar.

Portuqaliya matçının 58-ci dəqiqəsində uzaqdan gələn topu nəzarətdə saxlayan Hassen özünü bir anda yerə yıxıb. Hassenə göstərilən ilkin tibbi yardım zamanı oyun dayandırılıb və tunisli futbolçu yoldaşları su içərək ağızlarına bir şeylər atıb və oruclarını açıblar.

Qeyd edək ki, orucu açmazdan əvvəl 2-1 geridə qalan tunisli futbolçular, iftardan sonra daha 1 qol vuraraq 2-2 hesabı bərabərləşdiriblər.

Türkiyə matçında da eyni tunisli oyunçular taktikadan istifadə ediblər. Belə ki, oyunun 49-cu dəqiqəsində qapıçı Mouez Hassen yenə özünü yerə yıxıb. Həmin vaxt tunisli futbolçular meydançanın kənarına gələrək tez oruclarını açıb. Orucu açmazdan əvvəl 0-0 davam edən matç 2-2 hesabıyla başa çatıb.

Tunis Dünya Kubokunda ilk oyununu 18 iyun tarixində İngiltərə ilə oynayacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...