Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qaqauzların hədiyyəsi Ərdoğanı çox kövrəltdi – Foto

Ərdoğana mərhum anası Tənzilə Ərdoğanla birlikdə təsvir edildiyi tablo hədiyyə edildi.

Moldova səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan moldovalı həmkarı İqor Dodonla birlikdə Qaqauziya Muxtar Respublikasının paytaxtı Komrat şəhərini ziyarət edib.

Din.az xəbər verir ki, Ərdoğan və rəhbərlik etdiyi nümayəndə heyətini Qaqauziya lideri İrina Vlax qarşılayıb.

Ərdoğan burada qaqauz rəsmilərlə görüşüb, mədəniyyət evinin açılışında və mətbuat konfransında iştirak edib.

Qaqauziya rəhbəri İrina Vlax Ərdoğana mərhum anası Tənzilə Ərdoğanla birlikdə təsvir edildiyi tablo hədiyyə edib. Ərdoğanın anası ilə birlikdə təsvir olunduğu tablonu gördükdə kövrəldiyi bildirilib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...