Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Qarabağ” FK şəhid övladlarının əlindən tutsun… – MÜRACİƏT

Şəhid övladlarının əlindən tutun…

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti maraqlı bir təkliflə “Qarabağ” Futbol Klubuna müraciət ünvanlayıb.

Din.az sözügedən müraciəti olduğu kimi təqdim edir: “Azərbaycan Respublikası “Qarabağ” Futbol Klubunun Rəhbəri, idarə heyəti və kollektivinə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti adından, həmin cəmiyyətin Sədri Orxan Həsənoğlu tərəfindən

M Ü R A C İ Ə T

Əvvəlcə Sizi Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin hər bir üzvü adından və şəxsən öz adımdan salamlayıram! Çox hörmətli “Qarabağ” Futbol Klubunun rəhbərliyi və klubun inkişafına töhfə verən idmançılarımız! Sizin Azərbaycan idman tarixindəki uğurlarınız biz də daxil olmaqla, dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıları çox sevindirir. Bu qürurverici nəticələr ölkəmizin tanıdılmasında böyük önəm daşıyır. Hər dəfə “Qarabağ”ımızın futbolçuları meydana çıxdıqda hər bir Vətənini sevən azərbaycanlının ürək ritmləri dəyişir, həyəcanlanır. Sevinc və kədər qarışıq hisslər duyğularımıza hakim kəsilir. Hörmətli klub rəhbərliyi! Rəhbərlik etdiyiniz klubda apardığınız quruculuq işləri, düzgün strategiya, klub ilə yanaşı ölkəmizin idman arenasındakı nüfuzunun daha da güclənməsini sürətləndirir. Uğurlu fəaliyyətiniz idmanımızın gələcəyinə olan ümidlərimizi artırır. Bizi çox sevindirir. 7 ildir Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti (AKDC) daim doğma Azərbaycanımızı qürur hissi ilə təmsil etməyə çalışır. Cəmiyyətimizin bu ölkənin ictimai-siyasi həyatında xüsusi etibarı var. AKDC olaraq bu ölkədə vətənimizin dövlət maraqlarını şərəf hissi ilə daim qoruyur və təbliğ edirik. Şimali Kipr Türk Respublikası ərazisində ölkəmizin diplomatik nümayəndəliyi fəaliyyət göstərmir. Buna görə də Cəmiyyətimiz bu missiyanı qeyri-rəsmi olaraq həyata keçirir və hər bir üzvünə ölkəmizi layiqli təmsil etməyi, dövlət maraqlarına xidmət borcunu aşılayır. Hörmətli klub rəhbərliyi! Cəmiyyətimizin üzvü olan, hal hazırda AR Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı gənc araşdırmacı-yazar dostumuz Əbülfəz Şeydabəyovun öz şəxsi sosial şəbəkəsində yazdığı təklifi, hamılıqla müzakirə etdikdən sonra sizlərə ünvanlayırıq: Bildiyiniz kimi, müasir beynəlxalq futbol oyunlarında komandaların stadiona hər bir oyunçunun əlindən tutan azyaşlı uşaqla çıxma praktikası mövcuddur. Qarabağ FK-nın da Bakıda keçirilən oyunlarına yaxşı olardı ki, Qarabağ döyüşlərində qəhrəmanca mübarizə aparan, şəhidlik zirvəsinə yüksələn, igid oğullarımızın, qazilərimizin övladları və ya nəvələri dəvət olunsun. Futbolçularımız stadiona, damarlarında Qarabağ axan uşaqların əlindən tutaraq daxil olsunlar. Bütün dünyadan izləyicisi olan bu kimi ali beynəlxalq oyunlar bəlkədə 20 ildən artıqdır apardığımız Qarabağ həqiqətləri informasiya mübarizəmizə böyük töhfə verər. Ayrıca Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını, sağlıqlarını fəda etmiş insanların xatirəsi yad olunar və dünya bizim üçün Qarabağ sözünün “Ya İstiqlal Ya Ölüm” and-devizi olduğunu bir daha qulağına sırğa etmiş olar. Bu uşaqların millətin hansı övladlarının balası olduğunu isə ya oyundan sonra, ya da oyundan əvvəl yerli media nümayəndələrimiz bir neçə əcnəbi dildə press-reliz yazmaqla xarici jurnalistlərə və medya orqanlarına ünvanlaya bilər.

Beləcə yaşıl futbol meydançasından Qarabağın yaşıl yaylalarına salamımız bu uşaqların qartal baxışları ilə yayılmış olar. Oyunlar ərəfəsində ölkəmizə qonaq gələn əcnəbi jurnalistlərin də bu məqamı qeyd etməsi ilə dünya-bir daha eşitmiş olar ki, Azərbaycan gəncliyi Qarabağı Unutmayıb! Və Azərbaycan xalqı bir gün mütləq tarixi ədaləti bərpa edərək, Qarabağın ən yüksək zirvəsinə üç rəngli, ay ulduzlu dövlət bayrağını sancacaq.Qarabağ futbol klubu isə Avropa klublarını artıq doğma Ağdamın mərkəzində qəbul edecek. Bu hər birimizin heqiqetimizdir. Sizə bir daha təşəkkür edir, növbəti oyunlarda ölkəmiz adına daha yeni idman uğurlarına imza atmağınızı arzulayırıq. İnanırıq ki, Qarabağ futbol klubu olaraq Azərbaycanın müstəqilliyi və torpaq bütünlüyü uğrunda canından keçən şəhidlərimizin övladları ilə bağlı irəli sürdüyümüz təklifi deyerlendirer və bununla da çox milyonlu dünya azərbaycanlılarını da sevindirer. Əvvəlcədən Sizə öz dərin hörmət və ehtiramlarımızı bildiririk”. / A24.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...