Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qarabağ məhbusları haqda – Qərar

İranda saxlanılan azərbaycanlı fəallar azadlığa buraxılıb.

Güney Azərbaycanın Təbriz şəhərində “Səhənd” stadionu qarşısında başlarına Qarabağ ifadəsi yazdığı üçün saxlanılan azərbaycanlı fəallar azadlığa buraxılıb.

Din.az xəbər verir ki, fəallar martın 1-də Güney Azərbaycanın “Traktor”və İranın “Sepahan” (İsfahan) klubları arasında keçirilən görüş zamanı stadiona daxil olarkən saxlanılmışdılar.

“Traktor”-“Sepahan” görüşündən sonra ermənilərin Tehranda Azərbaycan əleyhinə səsləndirdikləri şüara etiraz etdikləri üçün 29 azərbaycanlı fəal həbs olunmuşdu.

Onlardan bəzilərinin təcridxanada fiziki zorakılığa məruz qaldıqları bildirilir. Saxlanılan fəalların əksəriyyətindən hələlik xəbər yoxdur.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranda erməni icması ilə görüşündə “Qarabağ Ermənistabnındır, vəssalam” şüarı səsləndirilmişdi. / Teleqraf.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...