Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QARABAĞA MÜSƏLMAN ERMƏNİLƏRİN KÖÇÜRÜLMƏSİ TƏKLİF EDİLDİ – MƏKRLİ PLAN

Dağlıq Qarabağda münaqişə daha da alovlandırılır.

Əksəriyyəti İslamın sünni təriqətinə sitayiş edən Hemşin ermənilərinin sayı 400 minə yaxındır…
“Hemşin”, yaxud “Amşen” adlanan müsəlman ermənilərin işğal altındakı Azərbaycan torpaqlarına köçürülməsi yenidən gündəmə gətirildi.

Din.az Moderator.az-a istinadla xəbər verir ki, bu barədə növbəti təşəbbüsü “Qolos Armenii” portalının fəal yazarı, qatı daşnak Razdan Madoyan irəli sürüb.

Öncə Hemşin ermənilərin kimliyi ilə qısaca tanış olaq.

İnternet ensiklopediyası “Vikipediya”dakı məlumatlara əsasən Amşen, yaxud Hemşin erməniləri suberməni etnik qruplarından biridir. Əsasən Türkiyənin və Gürcüstanın Qara dəniz sahillərində, o cümlədən Ermənistanda və Rusiyada yaşayıblar. Hemşin -Türkiyənin Rizə vilayətinin bir bölgəsidir. Qara dənizdən 19 kilometr aralı, Rizədən isə 57 kilometr yandadır. Ərazisi orta hesabla 120 kvadrat kilometr olan bölgənin şimalında Pazar, qərbində Çayeli və Kaptanpaşa, cənubunda isə Camlıhemşin yaylaqları ilə Ərzurumun İspir bölgəsi ilə qonşuluqdadır.

Hemşin etnosunun ümumi sayının hazırda 400 minə yaxın olduğu hesab edilir. Osmanlı dövründə Hemşin ermənilərinin bir hissəsi İslam dinini qəbul edib, yəni müsəlmandır. Türkiyə ərazisində yaşayan Hemşin ermənilərinin əsas hissəsi İslamın sünni təriqətinə mənsubdur, bir hissəsi isə erməni Apostol kilsəsinə sitayiş edir.

1944-cü ildə Hemşin erməniləri Gürcüstanın Acaristan bölgəsindən türklər, kürdlər və yunanlarla birlikdə Qazaxıstana və Qırğızıstana sürgün edilib. 80-ci illərin sonlarında Qazaxıstandakı Hemşin erməniləri SSRİ rəhbərliyinə müraciət edərək Ermənistana köçürülmələrini istəyiblər. Ancaq Moskva müsəlman ermənilərin Ermənistana köçürülməsinin problem yaradacağını düşünərək bu istəyi rədd edib. Orta Asiyada yaşayan hemşinlərin əksəriyyətinin müsəlman olduğu bildirilir.

Son dövrlərdə müsəlman ermənilərin işğal altındakı torpaqlarımıza köçürülməsi bir neçə dəfə gündəmə gətirilib. 2011-ci ildə R.Karabacakov deyilən birisi, hemşinlərin nümayəndəsi kimi ermənilərin Orta Asiyadan Dağlıq Qarabağa köçürülməsi proqramını hazırlamaq üçün Ermənistana gəlib. Karabacakov Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə gedib və orada ilkin olaraq 200 erməni ailəsinin məskunlaşması məsələsini müzakirə edib. Həmin vaxt Karabacakov belə demişdi:“Bizim yerimiz Ermənistandır. Tale elə gətirib ki, 250 il ərzində biz köçəri həyat sürmüşük, Acarıstandan Orta Asiyaya qədər yer dəyişdirmişik. Biz nəhayət ki, indi doğma torpaqlarda məskunlaşmaq qərarına gəlmişik. İstəyirik ki, bizim xalqımız dağınıq yox, kompakt yaşasın…”

Erməni saytlarının yazdığına görə, hələ 1984-cü ildə Krasnodar diyarından və Abxaziyadan Hemşen ermənilərini Ermənistanda bir kəndə köçürməyə cəhd edilib. Lakin Spitak zəlzələsindən sonra bu plan yarımçıq qalıb. Qırğızıstandan 200 erməni ailəsinin Ağdərə rayonu ərazisində məskunlaşması planlaşdırılırdı. Bu məqsədlə onlara torpaq sahəsi və ev heyvanları veriləcəyi gözlənilirdi. Çünki hemşin erməniləri Qırğızıstanda əsasən heyvandarlıqla məşğul olub. Həmin layihəyə Rusiyadakı Hemşin Erməniləri İttifaqı da dəstək verirdi. Təşkilatın təmsilçisi Georgi Mxitaryan demişdi ki, gələcəkdə proqramı genişləndirmək və Rusiyadan, Qazaxıstandan da Hemşin ermənilərini Qarabağa köçürmək planlaşdırılır. Son məlumatlara görə, 2011-2012-ci illərdə ermənilərin məkrli planı baş tutmayıb. Ancaq əlimizdə işğal altındakı torpaqlarımıza gəlib-gedənlərin dəqiq statistikası varmı? Köçürülmə tədricən, gizli şəkildə də həyata keçirilə bilər. Suriyadan, ən azı, onlarla erməni ailəsinin Qarabağa köçürülməsi faktı artıq heç kəs tərəfindən təkzib edilmir…

O da var ki, görünür, Ermənistan və Dağlıq Qarabağda müsəlman dininə mənsub şəxslərin xristian ermənilərin arasına köçürülməsini yerli xristianlarla münaqişə yaranması və ya əksinə, müsəlmanlığın təbliği baxımından təhlükəli hesab edənlər də var. Həm də buna rəsmi qurumların maliyyə imkanları da yetmir. Yenidən müsəlman ermənilərin Qarabağa köçürülməsini gündəmə gətirən Razdan Madoyan isə bunun ermənilər üçün bir neçə cəhətdən faydalı olacağını hesab edir. Daşnak erməni, əvvəla, həmin köçürülmə nəticəsində işğal edilmiş torpaqlarda əhalinin sayının artacağını xəyal edir. Digər tərəfdən, o, müsəlman dininə mənsub insanların xristian ermənilərin yaşadığı əraziyə köçürülməsinin guya Qarabağ münaqişəsinin dini amillə əlaqəli olmadığını sübut edəcəyini, ermənilərin Türkiyədəki Hemşin soydaşlarıyla münasibətlərinin istiləşməsinə şərait yaradacağını və s. düşünür.

Bütün hallarda Ermənistanın əsasən İslama sitayiş edən bu erməni etnosunu Azərbaycanın işğal altındakı ərazilərinə köçürmək planları kifayət qədər məkrli və təhlükəlidir. Artıq on illərdir ki, Ermənistan Dağlıq Qarabağla yanaşı, ona bitişik rayonlarda – Kəlbəcər, Laçın və Zəngilanda da qeyri-qanuni məskunlaşmanı davam etdirir. Biz yalnız ona arxayın ola bilərik ki, qanun bizim tərəfimizdədir. Bəli, beynəlxalq konvensiyalara görə, başqa ölkənin ərazisini işğal altında saxlayan dövlət orada etnik tərkibi dəyişdirə və məskunlaşma apara bilməz. Amma beynəlxalq qanunlara məhəl qoyulsaydı, olan-qalan torpaqlarımızın 1/5-i bir qərinə düşmən tapdağı altında qalmazdı…

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...