Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Qarabağda, Suriyada, İraqda və digər yerlərdə törədilən qətliamları unutmamalıyıq”

“Qarabağda yaşananlar bizim məsələlər deyildir” deyə bilmərik.

“Biz səylərimizi birləşdirməliyik, Qarabağda, Suriyada, İraqda və digər yerlərdə törədilən qətliamları unutmamalıyıq, “Qarabağda yaşananlar bizim məsələlər deyildir” deyə bilmərik. Haqsızlığa səssiz qalmaq olmaz”.

Din.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım VI Qlobal Bakı Forumu çərçivəsində “Güc anlayışı: böyük güclər və digərləri” mövzusunda keçirilən panel iclasında deyib.

Baş nazir bildirib ki, bölgədə problemlərin həlli üçün səylərin birləşdirilməsi vacibdir: “Təəssüflər olsun ki, bunun əksinə olaraq rəqabət gedir”.

B.Yıldırım Bakı-Tbilisi-Kars dəmir yolu xəttindən də danışıb. O qeyd edib ki, Qafqaz regionunun təhlükəsizliyi üçün Gürcüstan, Azərbaycan və Türkiyə birgə addımlar atır:

“Regionda bir sıra beynəlxalq layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmiryol xətti vasitəsilə Çindən Londona qədər kəsintisiz əlaqə yaradılacaq. Buna bənzər layihələrin sayı artdıqca, regionda təhlükəsizlik möhkəmlənəcək”.

Qeyd edək ki, martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Forumda Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti də təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...