Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Qardaşlıq məzarı”ndakı naməlum türk şəhidlər…

Azərbaycanda şəxsiyyəti məlum olmayan türk şəhid məzarları …

Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu Azərbaycanda şəxsiyyəti məlum olmayan türk şəhid məzarlarının tarixçəsini araşdırır.

Din.az bildirir ki, o, bu dəfə Cəbrayıl rayonunun bəzi kəndlərinin adsız məzarları ilə bağlı yazını “Qafqazinfo”ya göndərib.

Cəbrayıl rayonunun Məzrə kəndi o vaxtlar Yelizavetpol quberniyasının, 1921-ci ildən sonra isə Qarabağ General Qubernatorluğunun tərkibində Qaryagin (Cəbrayıl) qəzasının tərkibində olub. Bu kəndin dinc sakinləri (bu kənddə o vaxt 30-40 ev olub) Qarabağın dağlıq hissəsinin haylar məskunlaşmış bir sıra yaşayış məntəqələri ilə qonşu olduğundan 1905-1907-ci, 1915-ci, 1918-1919-cu illərdə fasiləsiz olaraq mənfur hay-daşnak quldurlarının təcavüzünə və onlar tərəfindən törədilən soyqırımına məruz qalmışlar. Azərbaycan Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylovun (1867-1920) məliumatında bu kənddə cəmi 6 sakinin qətlə yetirilməsi göstərilsə də, yaşlı sakinlərin (Həsən Məhərrəmoğlunun (1860-1943), Zülfüqar Rəhim oğlu Məmmədovun (1870-1956), Səfəralı Təhməz oğlu Əliyevin (1880-1948), Cəbrayıl Yazqulu oğlu Quliyevin (1867-1952) bildirdiyinə əsasən bu rəqəm 20-yə qədər olmuşdur. Həmin döyüşlər barədə yaşlıların və şahidlərin söyləmələrinə əsasən Xanoğlan Təhməz oğlu Əliyev (1935) bildirir ki, kəndin qədim qəbirstanlığında iki şəhid türk döyüşçüsünün məzarı olub. Bu məzarlar hündürlüyü 40-50 cm olan baş daşından, ətrafı qara daşlarlarla hörülü, üstü isə torpaqla örtülüb.

Rayonun Qışlaq kəndinin mərkəzi hissəsində yerləşən qəbiristanlıqda 1918-1919-cu illərdə “Qanlı dağ”da şəhid olan 10-a qədər türk döyüşçüləri dəfn edilmiş və ora “Qardaşlıq məzarı” adlanıb. Məzarlıq keçən əsrin 50-60-cı illərinədək saxlanılsa da, sonralar kəndaltı yerlərin ərazisinə qarışımışdır. Bu kəndin sakinləri Alı Molla Abbas oğlu (1855-1905), Qurban Məşədi Qara oğlu (1865-1905) da erməni qırğınlarının qurbanı olmuşlar. Həmin dövrlərə aid məlumatlar Hümbət Kərim oğlu Kərimov (1870-1948), Məmməd Rüstəm oğlu Nəsirov (1875-1956), Süleyman Əsəd oğlu Səfərov (1880-1970) tərəfindən verilib.

1918-1919-cu illər ərzində Şahvəlli kəndində hay-daşnakların təcavüzü daha ağır olduğundan, döyüşlər hətta səngər müharibəsi xarakteri aldığından şəhid olmuş türk əsgərlərinin sayı 40-50-yə qədər çatıb. Uzun müddətli döyüş dövrünü əhatə etdiyi üçün şəhidlər kənd qəbiristanlığında həm ayrı-ayrı, həm də “Qardaşlıq məzarı”ında dəfn olunublar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...