Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qazaxda “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Tədbirdə dini radikalizm, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları müzakirə edilib.

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə Qazax rayonu Daş Salahlı kənd 1 saylı tam orta məktəbində görüş keçirilib.
Din.az bildirir ki, bu barədə “Report”un Qərb bürosuna DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.


Bildirilib ki, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli nəticələri”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbirdə Qazax RPŞ-nin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili İsgəndər Həsənov narkotik vasitələrin və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan danışaraq narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizədə Daxili İşlər Nazirliyi, onun Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları mühüm vəzifələri yerinə yetirirlər. Tədbirdə erkən nikahlara qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb, dini radikalizm və onun fəsadları, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları, ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən danışılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...