Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qazaxıstanda dini fəaliyyətlər daha ciddi araşdırılacaq

Ölkədə qanun təklifi hazırlanıb…

Qazaxıstan Mədəniyyət və İdman naziri Arıstanbek Muhamedioğlu, hökumət toplantısında Qazaxıstanda radikal olaraq xarakterizə etdiyi hərəkatların yayılmasının qarşısını almaq üçün dini fəaliyyətlərin daha ciddi araşdırılacağını söyləyib.

“Din.az” xəbər verir ki, “RİA Novosti-Kazakistan” agentliyinin yayılmadığı xəbərə görə, Mədəniyyət və İdman naziri Arıstanbek Muhamedioğlu hökumət toplantısında Qazaxıstanda radikal olaraq xarakterizə etdiyi hərəkatların və fikirlərin yayılmasının qarşısını almaq məqsədi ilə dini fəaliyyətlərin daha ciddi araşdırılacağını söyləyib.

Kazak nazirin dediyinə görə, nazirlik Aktobe hücumlarından qısa müddət sonra 10 iyunda keçirilən Təhlükəsizlik Şurasının toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən verilən təlimatlar çərçivəsində mövzu ilə bağlı qanun təklifi hazırlanıb.

5 iyunda Aktobe şəhərində hərəkat edənlər Sələfi hərəkatının təqibçiləri olaraq elan edilmişdi. Kazak nazirin dediklərinə görə, nazirliyin qanun təklifləri, dini təlimatlar yaymaq qeyri-qanuni işlər və fəaliyyətlər ehtiva edir.

Arıstanbek Muhamedioğlu bundan başqa, dini məzmunlu kitabların yayımı, paylanması və satışı üzərindəki yoxlamanın da artırıldığını söyləyib. “Dini mövzuda ölkədə paylanan kitablar və bənzər nəşrlərin məcburi olaraq dini mütəxəssislərin nəzarətindən keçməsini təklif edirik” deyib.

Nazirliyə görə, Qazaxıstan Müsəlmanlar idarəsinə dini ibadət və mərasimlərin birlikdə edilməsi təklif ediləcək.

Qeyd edək ki, 18 iyulda bir silahlı təcavüzkar Qazaxıstanın ən böyük şəhəri Almaata şəhərində polisə atəş açıb. Hücum zamanı 7 polis həyatını itirib. 5 polis və 2 mülki vətəndaş isə yaralanıb. Şəhərdə terror təhlükəsinin “qırmızı” həyəcan siqnalı elan edilmişdi və bir anti-terror əməliyyatı gerçəkləşdirilmişdi. Təcavüzkar isə yaralı olaraq nəzarət altına alınmışdı. Təcavüzkarın sələfilərlə hələ həbxsana tanış olduğu bildirilib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hadisəni bir terror hücumu adlandırıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...