Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qazaxıstanda niqab qadağan olundu

Qazaxıstanda belə geyimdə ölkədə gəzmək qadağan olunacaq.

Qazaxıstan parlamentinin aşağı palatası insan simasının görünməsinə əngəl törədən geyimlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi qəbul edib.

Din.az xəbər verir ki, belə geyimdə ölkədə gəzmək qadağan olunacaq.

Qadağa niqab daşıyanlara da şamil olunacaq.

Geyimlərlə bağlı qadağalar respublikada dini fəaliyyəti nizamlayan qanunlarda dəyişikliklərin bir hissəsidir.

Bu dəyişikliklər ölkə prezidenti Nursultan Nazarbayevin dini paltar, qısa saqqal və qısa şalvar geyinənləri açıq şəkildə tənqid etməsindən sonra başlayıb.

“Bu, bizim xalqımızın ənənəsinə uyğun deyil. Bunun qanun səviyyəsində qadağan olunması vacibdir”, – Nazarbayev deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...