Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qazaxıstanlı milyonçudan təəcüblü addım: ŞUŞA MƏSCİDİNİ təmir edəcək – VİDEO

Şuşanın Yuxarı Gövhər ağa məscidi bərpa edilir.

“Erməni inkişafı təşəbbüsü” fondunun donorlardan biri, milyonçu Kayrat Boranbayev Ermənistan tərəfindən işğal olunan Şuşanın Yuxarı Gövhər ağa məscidinin bərpası üçün vəsait bağışlamaq niyyətindədir. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Boranbayev bu istəyini hələ 2015-ci ildə Ermənistana, o cümlədən Dağlıq Qarabağa qanunsuz səfəri zamanı dilə gətirmişdi. İndi isə məsələ yenidən aktuallaşıb.

Əvvəlcə onu deyək ki, Şuşadakı Gövhər ağa məscidinin bərpası üçün Ermənistana yardım etmək istəyən Kayrat Boranbayev Qazaxıstanın ən zəngin insanlarındandır. Qazaxıstan Milli Paraolimpiya Komitəsinin prezidenti olan Boranbayev həmçinin , Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qudasıdır.

Din.az-ın məlumatına əsasən, Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanla Qazaxıtan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olması, ölkələrimizin bütün müstəvilərdə daim bir-birini dəstəkləməsi heç kim üçün sirr deyil. Qazaxstan prezidenti Nursultan Nazarbayevin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətiyyətli və birmənalı mövqeyi Rəsmi Bakı tərəfindən hər zaman yüksək qiymətləndirilib. Təkcə onu xatırlatmaq kifayətdir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsi müzakirə olunanda, Nazarbayev kəskin reaksiya vermişdi. O, Ermənistanın işğal olunmuş Dağlıq Qarabağ daxil olmaqla beynəlxalq səviyyədə tanınmış sərhədləri qəbul etdikdə təşkilata üzv ola biləcəyini bildirmişdi. Nazarbayevin bu addımına görə Ermənistanda başlayan kompaniyaya cavab olaraq o, türk dünyasının ağsaqqalına yaraşan bir müdrikliklə hətta Kollektiv Təhlükəsilik Şurasının Ermənistanda keçirilən iclasında da iştirak etməmişdi.

Elə Azərbaycan da beynəlxalq müstəvidə hər zaman Qazaxıstanın mövqeyini dəstəkləyib. Bu ölkə BMT təhlükəsilik şurasına qeyri daimi üzvlüyündə namizədlikdə Qazaxıstana səs verən ilk ölkələrdən biri olub. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı hörmət və səmimiyyətə əsaslanan münasibətləri də heç kəs üçün sirr deyil.

Təbii ki bütün bunlardan Kayrat Boranbayev də xəbərsiz deyil. Bəs belə olan halda onun bu erməni sevdası nədən qaynaqlanır? Onun Ermənistana yardım niyyəti heç öz ölkəsində də birmənalı qarşılanmayıb və hətta onun bu istəyini özünə varlı erməni ailəsindən gəlin axtarmağı kimi şərh edənlər də olub. Azərbaycan -Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev bu məsələdə təxribat versiyasını istisna etmir.

Amma bu haqda düşünməli olan şəxs ilk növbədə elə Kayrat Boranbayevin özüdür. Ən azı ölkəsinin maraqları və nüfuzu naminə. Əgər tərəddüdü varsa bunun üçün örənək götürməli olduğu şəxs isə elə türk dünyasının ağsaqqalı olan Nursultan Nazarbayevdir.

Qeyd edək ki, Kayrat Boranbayevin Şuşa məsçidinin bərpası üçün Ermənistana yardım etmək niyyəti Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də araşdırılır. Araşdırma başa çatdıqdan sonra müvafiq mövqe bildiriləcək.

https://daytube.az/az/videos/61783/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...