Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qəbiristanlıqda bunu edənlər CƏRİMƏLƏNƏCƏK – QANUN DƏYİŞDİ

Qəbiristanlıqların salınmasını hansı orqan icra edir?

Qəbiristanlıqların salınması ilə bağlı qanunu pozanlar cərimələnəcək.

Din.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklikdə qeyd olunub.

Qanun layihəsinə edilən dəyişiklik barədə məlumat verən millət vəkili Əli Hüseynli bildirib ki, “Bələdiyyələrin statusu haqqında” qanuna əsasən qəbiristanlıqların salınması müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş orqan tərəfindən icra olunur:

“Burada müvafiq icra hakimiyyəti deyəndə Nazirlər Kabineti nəzərdə tutulur. Bu qaydanı pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 516-1-ci maddəsinə edilən dəyişikliyə əsasən cərimə ediləcək. Cərimənin minimum məbləği 100, maksimum 500 manatdır”.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...