Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qəbiristanlıqlarla bağlı tələblər pozularsa…

Qəbiristanlıqlarda inzibati xətalarla bağlı qərar prokuror tərəfindən qəbul ediləcək.

Azərbaycanda qəbiristanlıqların qorunması tələblərinin pozulmasına görə qərarların prokuror tərəfindən verilməsi təklif edilir.

Din.az Trend-ə istinadən bildirir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Bu dəyişikliyə əsasən, qəbiristanlıqların qorunması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsi ilə bağlı inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcək. Digər normaların pozulması barədə inzibati xətalar haqqında işlərə isə Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...