Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qəbiristanlıqlarla bağlı yeni təklif irəli sürülüb

Dəfn və yas mərasimlərinin təşkilinə yardım ediləcək.

Bələdiyyələrin yerli büdcələrinin xərclərində dəyişiklik edilməsi təklif olunur.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 8- ci maddəyə əsasən (Yerli büdcənin xərcləri) “bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində” yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.

Qeyd edək ki, sözügedən maddənin qüvvədə olan redaksiyası bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilirdi.

Qeyd edək ki, qanuna dəyişiklik Milli Məclisin oktyabrın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...