Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Qədim tarixi Quran kitabları”nın sərgisi – FOTO

Sərgi 3 gün davam edəcək

Milli Kitabxanada “Qədim tarixi Quran kitabları” sərgisi açılıb. 

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və Azərbaycan Qadınlar Cəmiyyətinin birgə təşəbbüsünə əsasən multikulturalizm ili münasibəti ilə təşkil edilib.

Sərginin açılışında çıxış edən M.F.Axundov kitabxanasının direktoru Kərim Tahirov bildirib ki, hazıra kitabxanada “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı guşəsi fəaliyyət göstərir. K.Tahirov sovet dövründə insanların dindən uzaqlaşmadığını, hər zaman tanrıya sitayiş etdiklərini, inanc yeri kimi Qurana and içib sığındıqlarını bildirib.

Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova qeyd edib ki, sərgidə Azərbaycanın bölgələrində qorunan qədim tarixə malik “Qurani-Kərim” kitabları sərgilənir.

Sərgi 3 gün davam edəcək.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...