Qədr gecələrinin fəziləti – VİDEO

Qədr gecəsi Ramazan ayının son 10 gecəsindən biridir
İslamda 11 ayın sultanı Ramazan ən şəfaqətli və müqəddəs ay hesab edilir.
Bu ay həm də Qurani Kərimin nazil olunduğu gecə ilə əlamətdardır. Həmin gecəyə isə qədr və ya əhyə gecəsi deyilir.
Qədr gecəsinin təsadüf etdiyi gün haqqında müxtəlif rəvayətlər var. Deyilənlərə görə qədr gecəsi Ramazan ayının son 10 gecəsindən biridir.
Ramazan Quranda adı çəkilən yeganə aydır. Bu ayda tutulan oruc və edilən duanın başqa aydakı kimi ibadətlə müqayisə etmək olmaz. Bu ayın Allah yanında xüsusi yeri var. İnsan bütün əzaları ilə oruc tutmalıdır, təkcə qidalardan imtina etməsi ilə kifayətlənməməlidir.
“Din.az” mövzu ilə bağlı videosüjeti təqdim edir: