Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Qədr Gecəsi Kəbədə izdiham yaşanıb: 18 nəfər yaralanıb – VİDEO

Share Button

Qədr gecəsi Məkkə şəhərində yaşanan izdihamda 18 nəfər yaralanıb

Səudiyyə Ərəbistanının Məkkə şəhərində Qədr Gecəsində yaşanan izdiham zamanı 18 nəfərin yüngül şəkildə yaralandığı bildirilir.

“Din.az” xəbər verir ki,  Səudiyyə Ərəbistanının “İhbariyye” kanalının yaydığı məlumata görə, Məkkə Sağlamlıq Müdirliyinin sözçüsü Hamid Əl-Maliki tərəfindən verilən açıqlamada, Qədr Gecəsində yaranan sıxlıqdan dolayı Kəbənin ətrafındakı Dar Tevhid Otelin yaxınlığında izdiham yaşandığını, yaralanan və boğulma təhlükəsi ilə üz-üzə qalan 18 nəfərə tibbi personalın müdaxilə etdiyi bildirilir.

Yüngülcə xəsarətlər alan 18 nəfərin ayaqüstü müalicə aldığını və səhhətlərinin yaxşı olduğu deyilib.

İzdihamdan sonra Qədr Gecəsi ərzində səhiyyə xidmətlərinin gücləndirildiyi və tədbir məqsədi ilə Kəbə ətrafına 8 tibbi personalın göndərildiyi qeyd edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir