Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qədr gecəsi Kəbədə rekord qırıldı

Ümrə ziyarətini və Qədr gecəsini eyni anda keçirtmək isətəyən 25 min türk 2 min dollardan başlayan ödənişlərlə Məkkəyə gedib

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı rəhbərliyinin tətbiq etdiyi qvotayla üz-üzə qalanlar və Ramazan bayramını müqəddəs torpaqlarda qarşılamaq istəyənlərin can atdığı Ümrə ziyarəti bu il rekord həddə çatıb.

“Din.az” xəbər verir ki, Türkiyədə səyahət turlarını həyata keçirən Talha Çizmeçi, Səudiyyə Ərəbistanı rəhbərliyi Ramazan ayının 15-dən sonra Ümrə ziyarəti üçün vizaların noyabr ayına qədər bağladığını söyləyərək, tur təşkil edən şirkətlərinin Ümrə ziyarəti üçün 50 min tələb aldığını bildirib.

Ümrə ziyarətinə gəlmək istəyənlərin Ramazan ayının Qədr gecələrini əhatə edən son 10 günündə daha da artdığını deyən Çizmeçi “Son 10 gün üçün otellər dolub. Təyyarələrdə yer qalmayıb. Onsuz da vizalar da artıq bağlanıb. Qədr gecəsi üçün 25 mindən çox türk müqəddəs torpaqlarda olacaq” deyə qeyd edib.

Turist vizası qalmadı…

Turizm şirkətlərinin qvotalarının turist olaraq qalmadığını deyən Talha Çizmeçi, “Mən bu gün Ümrəyə apara bilərəm deyən şirkət ticarət vizası ilə, ya da başqa bir vasitə ilə bu işi görə bilər. Amma normal halda bu il Ümrə ziyarəti üçün turist vizası qalmayıb” fikirlərini səsləndirib.

 30 min dollara qədər var…

Turizm şirkətləri Ümrə ziyarəti üçün fərqli varianlar təqdim edir. Ən azı 3 gündən başlayan turlar, 10 və 20 günlük kimi satılır. Qalınacaq otelin Kəbəyə yaxınlığı və lüks olması kimi meyarlar da qiyməti təyin edən ən əhəmiyyətli faktorlardandır.

Qədr gecəsi yaxınlaşdıqca Ümrə üçün Kəbəyə yaxın otellərdə yer tapılmadığı halda, əvvəlcədən təşkil edilən proqramlara əsasən qalınacaq otellərdəki şəraitə görə 2500 dollardan adam başına 30 min dollara qədər Ümrə proqramları həyata keçirilir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...