Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qəhrəman şəhidimizin qələmi deputata verildi – Foto

Şəhid zabitimizə həsr edilmiş “Qızılqaya qartalı” kitabının təqdimat mərasimi keçirilib.

Tovuz rayonunda şəhid zabitimiz Orxan Hümmətova həsr edilmiş “Qızılqaya qartalı” kitabının təqdimat mərasimi keçirilib.

Din.az xəbər verir ki, tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, kitabın ön sözünün müəllifi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri, millət vəkili Qənirə Paşayeva, kitabın müəllifləri Çingiz Qəribli və Ramiz Çıraqlı, şəhidin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Kitabda zabit O. Hümmətovun həyat yolundan bəhs edən sənədli povest və xatirələr toplanıb.

Q.Paşayeva təqdimatda çıxış edərək gənclərimizi qəhrəman şəhidlərimizin vətənpərvərliyindən nümunə götürməyə çağırıb. Millət vəkili kitabın məktəblərə, gənclər evlərinə, kitabxanalara pulsuz təqdim ediləcəyini bildirib:

“Bu cür kitabların nəşrinə və təbliğinə dəstək verməyimiz bizim vəzifəmizdir. Biz o zaman söylədik ki, vətənimizin tarixi və insanlarımızın qəlbində yaşayacaq bütün dəyərli şəhidlərimiz, o cümlədən Orxan Hümmətov heç bir zaman unudulmayacaq, onun haqqında kitab yazılacaq və anım tədbiri keçiriləcək.

Hər bir azərbaycanlının, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan dəyərli şəhidlərimizin ən böyük arzusu işğal altında olan bütün torpaqlarımızın işğaldan azad edilməsidir. İnşallah, bu kimi tədbirləri Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə keçirək”.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, DQİDK sədri M.Qurbanlı, Tovuz rayon Ağsaqqallar Şurasının sədri İsa Cavadov, rayon Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ictimai birliyinin sədri Əli Əliyev və kitabın həmmüəlliflərindən olan şair-publisist Ramiz Çıraqlı da çıxış edərək şəhid zabitimiz O.Hümmətov haqqında fikirlərini bölüşüb, gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsi istiqamətində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Şəhid zabitimiz Orxan Hümmətovun atası Bayram Hümmətov oğlu haqqında yazılan kitaba görə təşəkkürünü bildirib, vətən üçün canından keçən oğlu ilə qürur duyduğunu deyib. B.Hümbətov şəhid zabitin qələmini Q.Paşayevaya hədiyyə edib. / Kult.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...