Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qənirə Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib

“Müsəlman çoğrafiyasında yaşayan, acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq”.

Millət vəkili Qənirə Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında iştirak edib və çıxışında bu gün qardaşlıq günüdür, birlik və bərabərlik günüdür deyən millət vəkili Q.Paşayeva insanımız daha çox acı çəkməməsi, zülm görməməsi üçün birlik və bərabərliyimizi daha da gücləndirməli və onların yanında olmalıyıq deyib.

Qurultayda çıxışında Türk dünyasına səslənərək “bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən bütün türkləri bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram,” deyən millət vəkili Q.Paşayeva harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanını imkanları daxilində Suriya və İraq türkmənlərinə yardım göstərməyə çağırıb.

“Biz maddi yardımlarla bərabər mənəvi, siyasi dəstəyimizlə də daha çox onların yanında olmalıyıq”, – deyən millət vəkili Qənirə Paşayeva bütün dünyada yaşayan Türk insanını Suriya və İraq türkmənlərinin səsi olmağa və onlarla bağlı həqiqətlərin dünyaya daha geniş duyurulmasında fəal olmağa çağırıb. Suriya və İraq türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında çıxış edərək, çağırış səsləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Suriya və İraq türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Suriya və İraq türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır.

Türk Dünyasının Suriya ve İraq türkmənlərinə daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva diaspor təşkilatlarımızın da türkmənlərin səsini beynəlxaql ictimaiyyətə daha geniş duyurulması istiqamətində fəallığını artırmalarının vacibliyini xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva bildirib ki, 1 milyon insanı Ermənistanın işğalçılığı səbəbindən qaçqın və məcburi köçkün düşmüş Azərbaycan və Azərbaycan Türkləri Suriyadan və İraqdan köçkün düşmüş qardaş-bacılarımızın acılarını çox yaxşı anlayır və hər zaman yanınızdayıq və ümid edirik ki, inşallah yaxşın zamanlarda öz evlərinizə dönə biləcəksiniz deyib. Millət vəkili bildirib ki, bundan sonra da bütün beynəlxalq platformalarda onların səsini duyurmağa çalışacaq.

Tədbirdə millət vəkili Q.Paşayevaya Suriya və İraq türkmənlərinin hüquqlarının müdafiəsi istiqamətində göstərdiyi fəaliyyətinə və dəstəyinə görə təşəkkür plaketi tədbir təşkilatçıları tərəfindən təqdim edilib.

Millət vəkili Q.Paşayeva Hatay vali yardımçısı, Hatay millət vəkilləri, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri ilə görüşüb, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat verib, fikir mübadiləsi aparılıb. Millət vəkili eyni zamanda Anadolu agentliyinə, TRT, TRT Haber kanallarına və digər tanınmış media qurumlarına müsahibələr verib, suallarını cavablandırıb. / Moderator.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...