Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qənirə Paşayeva- “Gənclərə səslənirəm: DİQQƏTLİ OLUN, BU DİN DEYİL”

“Diqqətli olun. Bizim gənclərimizin beyni dinlə yuyulur”.

“Ümidlə gəl” verilişinə qonaq kimi dəvət olunan Qənirə Paşayeva vacib bir məsələyə toxunub.

Din.az A24.Az-a istinadən xəbər verir ki, millət vəkili terror təşkilatına qoşulan gənclərdən danışıb. Ailələri və gəncləri diqqətli olmağa çağırıb.

“İnsanlarımız oyaq olmalıdır. Gənclərə, ailələrə səslənirəm. Diqqətli olun. Bizim gənclərimizin beyni dinlə yuyulur. Bu din deyil. Bizim cihad üçün bir yerimiz var, şəhid olmaq üçün bir yerimiz var. O da Qarabağdır. Bizim torpaqlarımız işğal altındadır. Dinimizə görə biz o zaman şəhid sayılırıq ki, öz torpaqlarımız uğrunda şəhid oluruq. Suriyada, İraqda kimin nəyə xidmət etdiyi bilinmədən, o terror qruplaşmasının içinə girmək düzgün deyil”- deyə bildirilir.

“Bu teror təşkilatları, bunlar demir sizi terror təşkilatına cəlb edirik. Din pərdəsi altında edirlər. Bu din deyil. İslam dini demir get müsəlman müsəlmanı öldürsün”-deyən Qənirə Paşayeva insanların beyninin yuyulduğunu, onların hisslərindən və ya maddi vəziyyətlərindən istifadə edildiyini bildirib. Bu baxımdan valideynlri daha diqqətli olmağa çağırıb.

Millət vəkili onu da bildirib ki, əmin olmaq üçün ölkədəki din xadimlərindən- hətta onların bir neçəsindən belə mövzularla bağlı məsləhət ala bilərlər. Çünki artıq ölkədən gedib onlara- hansı amala xidmət etdiyini bilmədikləri qruplaşmalara qatıldıqan sonra onların əllərindən özlərini və ailələrini xilas etmək həm çətin, həm də çox gec olur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...