Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

QƏNİRƏ PAŞAYEVA: “Qadınlar arasında siqaret çəkənlərin sayı artıb”

“Rəsmi qurumlar biganə qalarsa qəbul edilmiş qadağalar əhəmiyyətini itiəcək”.

Yaxın zamanlarda tütün istifadəsi ilə bağlı qəbul edilən qadağa sahibkarları təşvişə salsa da millət vəkili Qənirə Paşayeva bu məsələyə aydınlıq gətirib.

Din.az xəbər verir ki, Qənirə Paşayeva qaydalara tam riayət lunması üçün Dövlət qurumlarının ciddi nəzarət etməli olduğunu bildirib. Millət vəkilinin sözlərinə görə, rəsmi qurumlar biganə qalarsa qəbul edilmiş qadağalar əhəmiyyətini itiəcək.

Eyni zamanda Qənirə Paşayeva bir digər önəmli statistikaya da diqqət çəkib. Xanım Paşayeva son illər qadınlar arasında siqaret çəkənlərin böyük çoxluqda artdığına diqqət çəkib. Bu məsələnin həlli yolunun isə təbliğat və marifləndirməklə mümkün ola biləcəyinə bildirib.

Qənirə Paşayeva 18 yaşlı gənclərə siqaret satışı ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, bu məhdudiyyət illər əvvəl qəbul edilsə də yeni qaydaların qəbulu ilə yenidən gündəmdə aktuallığını saxlayıb. Millət vəkili bu məsələdə də insanların həssas və duyarlı davranmalarını, məhdudiyyətlərə maksimum dərəcədə əməl edilmənin əhəmiyyətli olduğunu bildirib. / A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...