Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qənirə Paşayeva: “Qızlarınızı erkən, həm də nikahsız ərə verməyin”- VİDEO

Qız övladlarına niyə ayrı-seçkilik qoyulur?

Moderator.az xəbər verir ki, Azərbaycanın millət vəkili Qənirə Paşayeva news24.az saytına müsahibə verib.

– Millət vəkilinin missiyası nədən ibarətdir?

– Millət vəkili xalqın təmsilçisi və elçisidir. Yəni millət vəkili xalqın təmsilçisi, seçicilərin elçisi olaraq onların səsi olmalıdır. Mən öz seçki kampaniyalarımın hamısında iki şüar və düşüncə ilə çıxış edirəm. Birincisi, seçicilərimin səsi olacağına getdiyim hər yerdə söz verirəm. İkincisi isə, onların layiq olduğu seçiciləri kimi təmsil etmək. Çünki minlərlə insan öz səsini bizə verir ki, onları təmsil edək. Hər bir insan üçün insanların səsi olmağa bizə böyük etimat göstərməyi böyük şərəfdir. Hesab edirəm ki, bu həm də böyük bir məsuliyyətdir. Neçə illərdir ki, millət vəkiliyəm. Həmişə o məsuliyyəti çiyinlərimdə hiss eləmişəm ki, göstərilən etimadı doğrultmağa və ona layiq olmağa çalışmaq lazımdır. Ona görə də millət vəkili olaraq da bütün fəaliyyətimdə çalışıram ki, mənə ehtimad göstərən insanların arzularını, istəklərini puça çıxarmayıb onları doğrultmağa çalışım. Millət vəkili olmaq şərəfdir. Bizlər Azərbaycanın hüdudlarından kənarda da ölkəmizin səsi və təmsilçisiyik. Bundan böyük qürur və şərəf olmaz. Bütün bunlarla yanaşı, Azərbaycan qadınını təmsil edirəm. Azərbaycan qadının yüksəklərə qaldıra bilmək, ölkəmi layiqincə təmsil etmək mənim vəzifəm olmalıdır. Ona görə də millət vəkili olmaq asan deyil. Millət vəkilliyi də yuxusuz gecə, ağır zəhmət, daim məsuliyyət hissi ilə çalışmaqdır. Hazırda o ümidi doğrultmaq üçün çalışırıq. Allah ömür verdiyi, seçicilərimiz də bizə etimad etdiyi sürəcdə çalışacağıq

– Azərbaycan qadını bu gün nədən əziyyət çəkir?

– Azərbaycan qadının böyük tarixi keçmişi, uğurları var. Azərbaycan qadını bu gün bütün sahələrdə çox sayda uğurlara imza atıb. Həm umummilli lider Heydər Əliyevin, həm də bu siyasəti davam etdirən İlham Əliyevin də dövründə qadınların dövlətimizin, cəmiyyətimizin bütün sahələrində rolunun genişləndirilməsi çox önəmli istiqamətlərdən və prioritetlərdən biridir. Ölkəmizin I Vitse-prezidenti Mehriban xanımın rəhbərliyində də biz qadınların rolunun hər sahədə genişləndiyinin şahidi oluruq. Ona görə də hamımız daha çox çalışmalıyıq.

– Dövrümüzdə qız övladlarının doğulmamış öldürülməsi halı artıb. Qız övladlarına niyə ayrı-seçkilik qoyulur?

– Cinsi seleksiya mövzusu bizə yad olmalıdır. Buna yol verən ailələrə demək istəyirəm ki, bu addımı atmayın. Cinsi seleksiya doğru şey deyil. Övladın yaxşısı, pisi, xeyrli və xeyirsizi var. Övladın cinsi arasında fərq qoymaq olmaz. Elə qızlar var ki, minlərlə, on minlərlə oğlan övladlarının heç birindən geri qalmır. Ona görə də cinsi seleksiya bizim düşüncəmizə, millətimizə yad olmalıdır. Kim belə addımlar atırsa doğru deyil. Bəzən ailədə bir övladın oğlan olmasını, ilk övladın qız olmasından sonra ikincinin də oğlan olmasını, oğlan olmadığı halda qızları istəmirik, onları məhv etməliyik kimi yanaşmaları doğru hesab etmirəm. Buna yol verənləri bundan uzaq olmağa çağırıram. Cəmiyyətimizi də bu kimi zərərli tendensiyaya qarşı ictimai qınaq və yanaşma olaraq güclü olmağa çağırıram. Qızlarımızın təhsilinə hər zaman daha çox diqqət etməkliyik ki, onlar savadlı, təhsilli olsun. Bu gün unioversitetlərə qəbul olunanların arasında qızların sayının az olmadığının şahidi oluruq. Bu sahədə olan vəziyyət daha da inkişaf etməlidir. Hacı Zeynalabdin Tağıyevin dediyi möhtəşəm söz kimi: “Bir kişini oxudarsız bir insan qazanarsınız, bir qadını oxutdurduğunuz zaman cəmiyyəti qazanarsız”. Çünki qadının savadlı olması təhsilli ailə, uşaqlar, cəmiyyət deməkdir. Bu səbəbdən qızılarımızın təhsili ən vacib məqamdır. Çalışmalıyıq ki, qızlarımız ali təhsilin arxasınca getsin. Hamının da ali təhsil arxasınca getməməsi normaldır. Amma onlarda mütləq bir peşənin sahibi olmalıdır.

– Boşanmaların artması nə ilə bağlıdır?

– Bu problemin həlli üçün erkən nikahlara qarşı mübarizədə güclü olmalıyıq. Dövlət bu sahədə olan qanunları gücləndirir. Biz də cəmiyyət olaraq bu sahədə çox fəal olmalıyıq. Çox ciddi şəkildə bu məsələyə fikir verməliyik. Kim düşünürsə ki, erkən nikahlar o qadını ana kimi güclü edir, qətiyyən elə deyil, xeyr. Əksinə olaraq erkən nikahlar o qadını bütün sahələrdə geri atdığı kimi ana olaraq zəif olur. Çünki qadın və dünyaya gətirdiyi uşağın sağlamlığı erkən nikahlar zamanı riskli olur. Bu səbəbdən qızların peşə sahibi olması, öz hüquqlarını bilməsi bizim ən vacib məsələlərimiz olmalıdır. Ailə daxili zorakılıqların çoxu qadınlara qarşı olur. Buna qarşı mübarizə dövlətimizin prioritetlərindən biridir. Çünki bu bizim xalqımıza heç yaraşmır. Bizim xalqımızın keçmişində, mədəniyyətində qadına sevgi, hörmət, ailədəki qadına fərqli münasibət var. Ailədaxili zorakılıq ailə institumuzda və cəmiyyətimizə də təsir edir. İnsan haqlarına böyük zərbə vurur. Ona görə bu istiqamətdə işləmizi gücləndirməliyik ki, gənc ailələrimizdə də bu hallar baş verməsin. Qadınların cəmiyyətimizdə rolunun artırılması mövzusuna hamımız diqqət etməliyik. Bu sadəcə qadınlara lazım deyil. Bu dövlətə, millətə, cəmiyyətimizin inkişafına lazımdır. Kişilərimizdə bu cəmiyyətin bir parçasıdır. Biz qadınların rolu güclənərsə, daha güclü cəmiyyət olarıq. Qadınların rolu seçkidə daha da güclənməlidir. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Biz istəyirik ki, xanımlar aktiv olaraq namizədliklərini irəli sürsün. Seçkilərdə xanımlarımız daha çox təmsil olunsun. İstedadlı, savadlı qızlarımıza dəstək verməliyik ki, onlarında özlərində bu güvənə sahib olsunlar. Mən bütün bölgələrə, kəndlərə gedirəm. Bizim qızlarımızda hər şey müsbət səviyyədədir. Sadəcə bircə zəif məqam onların güvən problemidir. Mən qadımlarımıza da deyirəm ki, öz arzularınızın arxasınca getməkdən qorxmayın. Çətinliklər, əngəllər də olacaq. Amma bunların hamısı aşmaq üçündür. Xanımlarımız çox böyük uğurlara imza ata bilər. Boşanmaların sayının artması bizi cəmiyyət olaraq bizi narahat edir. Biz maarifləndirməni gücləndirməliyik. Böyüyən gənclərə ailə, övlad məsuliyyəti, sevərək evlənmə anlayışını təbliğ etməliyik. Boşanmalar çox sivil və mədəni şəkildə olmalıdır. Hər iki tərəfə uşaqları fikirləşməlidir. Bəzən ana öz övladları ilə çox ağır vəziyyətdə qalır. Hər zaman görüşlərim zamanı analara, atalara söyləyirəm ki, qızlarınızın toyu olana kimi nikah kəsilsin. Rəsmi nikahsiz evliliyə imkan vermək olmaz. Valideynlər buna icazə verməməlidir. Rəsmi nikah olmadığı zaman bunun çox ağır fəsadları baş verir. Hazırda bir xanım bu cür problemlə mənə müraciət edib. Amma üç uşağı olmasına rəğmən rəsmi nikahı yoxdur və buna görə də onun problemlərini həll etməkdə çətinlik çəkirik.

– Aliment ödəmək istəməyən atalarla bağlı hansı addımlar atılmalıdır?

– O məsələdə çox ciddi dəyişiklər gedir və bundan sonra da gedəcək. Dəfələrlə parlamnetdə səsləndirərək təkliflərlə də çıxış etmişəm. Bu qanunlarda müəyyən dəyişiklərə səbəb oldu. Ümid edirəm ki, Alimet Fondunun yaradılması təklifimində yaxın zamanlarda reallaşacaq. Bizim xanımlarımız könüllü olaraq boşanmır. Amma bu boşanmalar zamanı uşaqlar əksər hallarda ananın məsuliyyətində qalır. Ataların bir qismi aliment vermək məsələsində çətinlik çəkir, boyun qaçırır. Bəzən bu obyektiv səbəblərə görə baş verir. Amma atalar heç olmasa alimentin bir hissəsini verməlidir. Atalar az olan məbləği belə vermək istəmirlər. Ailərlərdə də bunun maariflənməsini aparmalıyıq. Əgər bir gənc ailə boşanırsa, orta da qalan uşaqlar hər ikisinin övladıdır. Ona görə bu uşaqların həyatı, yaşaması hamı üçün əsas olmalıdır. Analar uşaqları böyütməkdə çətinliklərlə üzləşir. Qanunvericilikdə dəyişiklik oldu ki, aliment verməkdən imtina edən şəxslər həbs olunsun. Bu ciddi cəza növüdür. Amma bununla da məsələ öz həllini tapmır. Hazırda məhkəmə proseslərində də boşanmalar, aliment məsələləri ən ciddi hissəni təşkil edir. Bu istiqamətdə işlər davam etdirilməlidir. Qadınlara da bu məsələdə dəstək olacaq məsələ aliment fondunun yaradılmasıdır. Bu zaman ataların bəhanələri yerindəcə həll olunacaq. Məsələn, çox zaman işsizliklə bağlı olaraq aliment ödəyə bilmədiklərini deyirlər. Onları tapıb, maaşları ilə birbaşa fonda ötürülməlidir. Bu zaman ana əziyyət çəkmir, həm də dövlətə də zərər dəymir.

– Nikah zamanı əmlak müqaviləsinə ehtiyac varmı?

– Evlənən cütlüklər arasında əmlak müqaviləsi olmalıdır. Bəzən bunu ayıb hesab edirlər və buna ehtiyac olmadığını bildirirlər. Bəzən nikahdan ayıbdır deyən insanlar məhkəmələrdə bir-birlərinə heç də uyğun olmayan ifadələr deyirlər. Hesab edirəm ki, əmlak müqaviləsinin bağlanmasında heç bir problem yoxdur. İnsanları bu barədə maarifləndirməliyik ki, yavaş-yavaş bunun nə qədər önəmli olduğu bilinsin. Tibbi arayış zamanı da biz bu cür problemlərlə qarşılaşdıq. Amma hazırda bunun nə dərəcədə doğru addım olduğu təsdiqləndi. Ümumiyyətlə, bizdə maariflənmə zəifdir. Televiziyalara nəzər yetirdiyimiz zaman bunun şahidi oluruq. Sizin vasitənizlə bildirmək istəyirəm ki, televiziyalarda bu mövzuları ailə davalarına, qalmaqallarına çevirmək olmaz. Televiziyalarda tərəflər bir-birlərinə nələr söyləyir. Bu proqramalara uşaqlar da baxır. Biz çalışmalıyıq ki, televiziyalarda yaxşı ailə modellərini təbliğ edək. Doğru maarifləndirici proqramları, tədbirləri həyata keçirməliyik. Bu sahədə görüləcək işlər çoxdur. Şəxsən məni cəmiyyətimizdəki boşanmaların sayının artması, aliment ala bilməyən anaların taleyi çox narahat edir. Milli Məclisdə də bu məsələləri dilə gətirirəm. Ümid edirəm ki, qanunvericiliklə bərabər, bu istiqamətdə cəmiyyətin maariflənməsinin genişlənməsi ilə bu tendensiyların daha da zəiflənməsinə nail ola bilərik.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...