Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Qərbdə islamofobiya qorxusu bu və ya digər formada həmişə mövcud olub”

Ən azı ölməmək üçün öz ölkələrindən qaçan müsəlman mənşəli milyonlarla insan məhz Qərbə üz tutdular…

“Əslində Qərbdə islamofobiya qorxusu bu və ya digər formada həmişə mövcud olub”.

“Din.az” bildirir ki, bu sözləri politoloq Azər Quluzadə “TURMEB və Karabakh Today”ə verdiyi müsahibəsind bildirib.

Son zamanlar Qərbdə islamfob düşüncənin xeyli güclənməsini şərh edən politoloq Azər Quluzadə bildirib ki, hazırda şərti olaraq Qərb adlandırdığımız bölgə məhz özünün yaratdığı bumeranq effektli ictimai-siyasi problemlərlə üz-üzə qalıb:

“Son illər Şimali Afrika və Ərəb ölkələrində baş vermiş siyasi-hərbi münaqişələr nəticəsində ən azı ölməmək üçün öz ölkələrindən qaçan müsəlman mənşəli milyonlarla insan məhz həmin Qərbə üz tutdular. Bu insan seli özüylə yemək və yaşamaq ehtiyacı, işsizlik və kriminal durumun pisləşməsi qayğılarını gətirdi. Təbii ki Qərb cəmiyyətinin bundan, əslində haqlı olaraq, narahat olacağı gözlənilən idi. Dövlətlərin vəziyyətdən çıxış yolları axtarması və cəmiyyətin narahatçılığı hadisələrə müdaxiləyə, etirazlara və hətta müqavimətə belə gətirib çıxartdı. Sadalanan “problem”ləri yaradanların müsəlman olduqları və islam ölkələrindən gəldikləri üçün Qərbdə islamofob düşüncə güclənməyə başladı və multikultural dəyərlərə nümunə göstərilən bu cəmiyyətlərdə belə bəşəri dəyərlər artıq aşılanmaq üzrədir. Qeyd edim ki, əslində Qərbdə islamofobiya qorxusu bu və ya digər formada həmişə mövcud olub”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...