Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qətər bankları dollar satışını azaldıb

Yerli və beynəlxalq banklar arasında valyuta əməliyyatları dayandırıldı.

Bəzi Qətər bankları başda S.Ərəbistanı olmaqla yaradılmış birliyin bu ölkəyə tətbiq etdiyi sanksiyalar fonunda xarici kreditorlara dollar satışını azaldıb.

Din.az “Report”a istinadən xəbər verir ki, yerli və beynəlxalq banklar arasında valyuta əməliyyatları dayandırılıb.

Qətər Mərkəzi Bankı yerli kreditorlara daxili bizneslərini təmin etmək üçün dolları rəsmi məzənnə – 3,64 rialdan satsa da, idxalı maliyyələşdirmək üçün lazım olan dollar vəsaitini xarici banklar ofşor bazarlardan alır. Burada isə məzənnə oktyabrın 16-da 3,80 QAR/USD-yə yüksələrək son 29 ilin maksimumuna çatıb.

Yaxın Şərqin ən böyük Mərkəzi Bankı olan “Qatar Nationbal Bank” isə “Bloomberg” agentliyinə xəbəri təkzib edib. Bankın rəhbəri Abdulla bin Səud əl-Tani bildirib ki, aparılan son stress-testlər bank sektorunun güclü və effektiv olduğunu göstərib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...