Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qətər əmiri əhalini yağış duasına çağırdı

Həməd əl-Tani əhalini “yağış duası” mərasiminə çağırıb.

Qətər əmiri Tamin bin Həməd əl-Tani ölkə əhalisini noyabrın 14-də “yağış duası” mərasiminə çağırıb.

Din.az Trend-ə istinadən bildirir ki, əmir dua mərasiminin bütün ölkədə keçirilməsini tapşırıb.

Onun özünün də məscidlərin birində mərasimdə iştirak edəcəyi bildirilib.

Qeyd olunur ki, Qətərdə aprel ayından bəri yağış yağmayıb. Oktyabr ayından yağışların olacağı proqnozlaşdırılsa da, yağıntılar çox qısamüddətli olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...