Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qətər əmiri hər kəsi təəccübləndirdi – FOTO

Təmim bin Həməd Al Tani Körfəz ölkələri liderləri arasında bir ilkə imza atıb.

Qətər əmiri Körfəz ölkələri liderləri arasında bir ilkə imza atıb.

Din.az xəbər verir ki, Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani Milli İdman günündə İnstagram hesabı açıb. Bununla da Körfəz ölkələri liderləri arasında bir ilkə imza atıb. Qətər əmiri Milli İdman Günü münasibətilə bir qrup gənclə Doha küçələrində velosiped yarışına çıxıb. Daha sonra isə çəkilən şəkilləri “instagram” hesabından paylaşıb.

Qeyd edək ki, Qətər başçısının hesabı açmasından qısa müddət sonra 54000 nəfər onu izləməyə başlayıb. Paylaşımları isə 36000-dən çox izləyici tərəfindən bəyənilib. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...