Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qətər əmirinin atasından italyan qadına “tualet” jesti – İBRƏTAMİZ…

Əmirin atası ona edilən yaxşılığı unutmadı.

Qətər əmirinin atası 21 il əvvəl İtaliyada ona yaxşılıq edən qadına minnətdarlığını göstərmək üçün bir sürpriz edib.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, İtalyan mətbuatında yer alan xəbərlərə görə, keçmiş əmir Həməd bin Xəlifə Es Sani 21 il əvvəl İtaliyada şəhər mərkəzini gəzərkən birdən tualet ehtiyacı hiss edib. Ancaq həmin ərazidə o illərdə kafe və restoran kimi müəssisələrin olmaması səbəbindən tualet tapmaqda çətinlik çəkib. Bu zaman evinin qarşısında oturan bir qadın kim olduğunu bilmədiyi bu turistə evinin qapılarını açaraq “Gəl mənim ayaqyolumdan istifadə et” deyib.

Bu sadə, amma önəmli jest illər sonra yeni bir görüşə səbəb olub. Keçmiş əmir ötən həftə İtaliyaya gələrək ona öz evinin və tualetinin qapısını açan qadını tapıb. 89 yaşlı qadının evinə gedən Es Sani ona yenidən təşəkkür edərək hədiyyələr təqdim edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...