Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qətər İraqa ölkənin bərpası üçün 1 milyard dollar verəcək

Qətərin Həməd limanı ilə İraqın Umm Qəsr limanı arasında birbaşa gəmi marşrutu işə salınıb.

Qətər Əmiri Tamim bin Həməd Əl Tani İraq Prezidenti Bərham Saleh ilə danışıqlar zamanı əmirliyin İraqın infrastrukturunun bərpasına 1 milyard dollar sərmayə ayırmağa hazır olduğunu təsdiqləyib.

Din.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin informasiya ofisindən bildirilib.

Qeyd edək ki, İraq Prezidenti yanvarın 9-dan etibarən Qətərdə rəsmi səfərdədir, o, Qətərin hökumət üzvlərinin iştirakı ilə Əmir Sarayında təntənəli naharda iştirak edib.

Bundan əlavə, iki ölkənin liderləri iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün Qətərin Həməd limanı ilə İraqın Umm Qəsr limanı arasında birbaşa gəmi marşrutununun işə salınmasına dair razılaşma əldə ediblər. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...