Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qətər Qəzzada humanitar layihələr həyata keçirəcək

Qəzza zolağında yaşayan yoxsul əhali üçün kiçik qrantlar şəklində maliyyə yardımları göstəriləcək.

Qətər hökuməti Fələstindəki Qəzza zolağında səhra xəstəxanası inşa edəcək və yerli elektrik stansiyasını ilin sonunadək yanacaqla təchiz edəcək. Bu layihələrin məbləği 180 milyon ABŞ dollarıdır.

Din.az “Report”a istinadən xəbər verir ki, ötən gün mətbuat konfransı zamanı Qətərin Fələstindəki səfiri Məhəmməd əl Əmadi yaxın altı ay ərzində Qəzza zolağında yaşayan yoxsul əhali üçün kiçik qrantlar şəklində maliyyə yardımları göstərəcəklərini bildirib.

Bu yardımlar ötən həftə Qətərdəki Qəzza Yenidənqurma Komitəsinin xətti ilə birbaşa Qəzza zolağı üçün ayrılan 180 milyon dollarlıq vəsait hesabına maliyyələşəcək. Diplomat sözügedən vəsaitin həmçinin yerli elektrik stansiyasının ilin sonunadək yanacaqla təchizatına və İsraildən Qəzza zolağına elektrik xəttinin tamamlanmasına və bölgənin şimalında səhra hospitalının tikintisinə sərf olunacağını diqqətə çatdırıb.

Qətərin ayırdığı maliyyə vəsaitinin İsraillə bölgədəki Həmas və “İslami Cihad” kimi terror qrupları ilə əldə edilmiş atəşkəs çərçivəsində Qəzza zolağına çatdırıldığı bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...