Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Qətər və Küveyt arasında hərbi iş birliyi artırılır

İki müsəlman ölkəsi arasında hərbi və müdafiə ittifaqı güclənir.

Qətər və Küveytin Hava Müdafiə Qüvvələri iki ölkə arasında hərbi və müdafiə ittifaqını gücləndirəcək.

Din.az xəbər verir ki, Qətərin rəsmi xəbər agentliyi olan QNA-nın məlumatına görə, Qətər Hava Müdafiə komandiri Hamad Mubarəklə Küveyt Hava Müdafiə Qüvvələri komandiri Adil Əli Əl-Hafiz Qətərin paytaxtı Dohada görüşüblər.

Görüş zamanı iki ölkə arasında bir çox məsələlərlə yanaşı, hərbi və müdafiə sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsi məsələsi də müzakirə olunub.

Qeyd edək ki, ötən il Qətər iki ölkə arasında hərbi əlaqələri gücləndirmək məqsədilə Küveytdə hərbi ataşşelik açıb. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...