Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qətl fotoşəkillərini övladlarınıza göstərməyin – Psixoloqdan xəbərdarlıq

Onlara qətl şəkilləri çəkməyi tapşırmayın.

“Bir vətəndaş, valideyn və pedaqoq kimi sizə məsləhət görürəm ki, qətl fotoşəkillərini övladlarınıza göstərməyin. Yanlış təlqindir və istəmədən əks-effekt alacaqsınız, uşağınız qorxaq olacaq. Sizin uşağınız gələcəyin əsgəridir, o, mübariz olmalıdır. Onu mübariz yetişdirin”.

Din.az A24.Az-a istinadən xəbər verir ki, bu fikirləri psixoloq Aygün Sadiq deyib.

Onun sözlərinə görə, müəllimlər də şagirdlərinə qətl şəkilləri çəkdirməkdən imtina etməlidir.

“Müəllimlərə də deyirəm ki, şagirdlərdən əl çəkin. Onlara qətl şəkilləri çəkməyi tapşırmayın. Xəstəsiniz mi siz?? Nə etdiyinizin fərqindəsiniz mi? Siz intiqamçı və mübariz vətəndaş yetişdirməliykən, şagirdlərin beyninə qorxulu bədheybət və onun hər şeyə qadir olduğunu yerləşdirirsiniz. Sabah övladlarınız müharibədə düşmən əsgərindən hürkəcək. Nə etmək istəyirsiniz? Artıq etdikləriniz nəticə verib- qorxmuş, hürkmüş və humanist gənclik yetişib. Siz müəllimsiniz, gəncliyimiz sizə həvalə olunub, lütfən, Xocalı mövzusunda çox diqqətli olun. Şagirdlərinizə türkün şərəfli keçmişini, qəhrəmanlarımızı tanıdın. Onların rəsmlərini çəksinlər. Valideynlər isə bu kimi hallar müşahidə etdikdə etirazını bildirsin” – deyə psixoloq bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...