Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qeyri-müsəlmandan Kraystçörç şəhidlərinin xatirəsinə jest

Terror aktlarının 51 qurbanının xatirəsinə 51 hicab-yaylığından paltar hazırlayıb.

“Mən öz həmrəyliyimi bu cür ifadə etmək qərarına gəldim”.
Din.az xəbər verir ki, Yeni Zelandiya sakini Kraystçörç məscidlərindəki terror qurbanlarının xatirəsinə xüsusi müsəlman libası yaradıb.

Süzan Mott deyib ki, terror aktlarının 51 qurbanının xatirəsinə 51 hicab-yaylığından paltar hazırlayıb.

Dizayner öz işini “Allahın göz yaşları” adlandırıb və onu, unudulmaz eksponat kimi müsəlman icmasına hədiyyə edib.

“Mən müsəlman deyiləm, indiyədək də müsəlman icması ilə ünsiyyətdə olmaq mənə qismət olmayıb. Mən (yeni-yeni) hicab haqda öyrənməyə başladım, çünki hətta bizim baş nazir də hicab taxmışdı. Mən də qərara gəldim ki, hicablardan paltar hazırlayacağam”, – deyə o qeyd edib.

“Digər insanlar güllər, hazırladıqları yeməkləri, digər əşyaları ianə etdilər, mən də özümə xas şəkildə həmrəylik bildirmək qərarına gəldim”, – deyə o əlavə edib. / İslamazeri.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...