Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qəzza sektoru sərhədində yenidən toqquşmalar olub, yaralananlar var

İsrail ordusu ilə fələstinlilər arasında qarşıdurmalar davam edir.

Bu gün minlərlə fələstinli yenidən İsrailin silahlı qüvvələri ilə etirazçılar arasında qarşıdurmaların baş verdiyi Qəzza sektoru yaxınlığına toplaşıb.

Din.az xəbər verir ki, toqquşmalar nəticəsində 8 fələstinli yaralanıb.

İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi bildirib ki, hərbçilər döyüş patronlarından, eləcə də gözyaşardıcı qazdan istifadə edirlər.

Qeyd edək ki, İsrail ordusu ilə fələstinlilər arasında qarşıdurmalar ardıcıl üçüncü həftədir davam edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...