Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qəzzada Suriyaya dəstək, ABŞ-a etiraz aksiyası keçirildi – VİDEO

“İslami Cihad” təşkilatı ABŞ-a qarşı aksiya təşkil edib.

Qəzzada Suriyanın ABŞ və müttəfiqləri tərəfindən vurulmasına etiraz əlaməti olaraq aksiya keçirilib.

Din.az xəbər verir ki, Qəzzada Suriyanın ABŞ və müttəfiqləri tərəfindən vurulmasına etiraz əlaməti olaraq aksiya keçirilib. Aksiya “İslami Cihad” təşkilatı tərəfindən təşkil olunub.

Aksiyada İran, Livan”Hizbullah”ının və Suriyanın milli bayraqlarının dalğalandırılması diqqət çəkib.

Mitinq iştirakçıları hücumu İsrail maraqları üçün atıldığını, hücuma dəstək verənlərin də sionizmin yanında durduğunu bildiriblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...