Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qəzzada toqquşmalar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Qarşıdurmalarda yaralıların sayı 750 nəfərə çatıb.

Qəzza zolağında etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalar nəticəsində, son məlumatlara görə, 18 fələstinli ölüb.

Din.az xəbər verir ki, bu barədə İsrail hökumətinə istinadən “Associated Press” məlumat yayıb.

Bildirilir ki, yaralıların sayı 750 nəfərə çatıb.

Bundan əvvəl İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib ki, Qəzza zolağı ilə sərhəddə iğtişaşlar təkrarlanacağı təqdirdə ordu daha amansız davranacaq.

Martın 30-da minlərlə fələstinli Qəzza ilə İsrail sərhədi boyunca etiraz aksiyaları keçirməyə başlayıblar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...