Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qəzzada vəziyyət gərginləşib, İsrail və Fələstin bir-birini raket atəşinə tutub

İsrail hərbçiləri Qəzza zolağında altı hədəfə aviazərbə endiriblər.

İsrail və Fələstin sərhədində vəziyyət yenidən gərginləşib.

Din.az xəbər verir ki, bir müddətdir davam edən sabitlik 4 yəhudi əsgərin Qəzza zolağı ilə sərhəddə minaya düşərək yaralanmasından sonra pozulub.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, yaralı hərbçilərdən ikisinin vəziyyəti ağır, birinin vəziyyəti orta-ağır, digərinki isə yüngüldür.

Buna cavab olaraq İsrail tankı partlayışın baş verdiyi əraziyə yaxın yerləşən Fələstin tərəfinin müşahidə qülləsinə atəş açıb.

Ardınca İsrail hərbçiləri Qəzza zolağında altı hədəfə aviazərbə endiriblər.

Fələstin tərəfi isə buna cavab olaraq İsrail istiqmətində raket atıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...