Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qəzzadakı müsəlmanlara yardım gəmisi bu gün yola çıxıb

“Lady Leyla”nın 3 iyul gecə saatlarında Aştoda çatması nəzərdə tutulur

Qəzzadakı insanlara yardım daşıyacaq “Lady Leyla” adlı gəmi bu gün Mersindən İsrailin Aştod Limanına hərəkət edəcək.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, gəmidə AFAD, Türk Qızılayı və Torpaq Məhsulları ofisinin (TMO) yardımları olacaq. Geyim yardımlarını isə “LC Waikiki” təmin edəcək.

Fələstinli səfir çıxış edəcək…

“Lady Leyla” hərəkət etməzdən əvvəl Mərsin limanında təşkil olunacaq mərasimdə AFAD-ın məsuliyyətini daşıyan baş nazirin köməkçisi Veysi Kaynak, Mərsin valisi Özdəmir Çakacak ilə Fələstinin səfiri Faed Mustafa çıxış edəcək.

Quru yük gəmisi olan “Lady Leyla”nın 11 min 366 tonluq yükdaşıma özəlliyi var. Bu tutumun hamısı Qəzzaya yardımda istifadə olunacaq.

1500 paket uşaq bezi…

Bu yardımların 5 min tonunu un, 3 min tonunu şəkər, 2 min tonunu düyü təşkil edəcək. 500 min ton günəbaxan yağı, 10 min oyuncaq, 20 min cüt ayaqqabı, 100 min geyim əşyası da Qəzzaya göndəriləcək. Yardım arasında 1500 paket uşaq bezi də “Lady Leyla”ya yüklənib.

Gəmiyə yardımların yüklənmə işləri 1 iyul saat 14:00-a qədər tamamlanacaq. Bundan sonra gəminin 16:00-da Qəzzaya doğru hərəkət etməsi planlaşdırılır. “Lady Leyla”nın 3 iyul gecə saatlarında Aştoda çatması nəzərdə tutulur.

Xatırladaq ki, İsrail əsgərləri 2010-cu ildə Qəzzaya yardım aparmaq istəyən və İHH-nin sahib olduğu Mavi Marmara gəmisinə hücum təşkil edilmişdi. Hücum zamanı 10 türk vətəndaşının israil əsgərləri tərəfindən öldürülməsi, iki ölkə arasında böhrana səbəb olmuşdu. 6 il sonra Türkiyədən Qəzzaya gedən “Lady Leyla” gəmisində İHH yardımları yenidən yer alacaq.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...