Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qəzzadan Netanyahuya ciddi zərbə: Kabus başlayıb…

Netanyahu qeyri-rəsmi olaraq seçki kampaniyasına başladı.

Blokada altında olan Qəzza İsrail Baş naziri Benyamin Netanyahunun kabusu olub.

Din.az xəbər verir ki, bu barədə israilli jurnalist Anşel Pfefferin “Haaretz” qəzetindəki məqaləsində qeyd edilib.

Məqalədə vurğulanır ki, Netanyahu mübahisəli dövlətin yalnız yəhudilərə aid olması haqqında qanunundan sonra qeyri-rəsmi olaraq seçki kampaniyasına başladı. Qəzzada fasilələrlə yüksələn təzyiq seçki kampaniyasına kölgə saldı və bu durum baş nazirə ciddi şəkildə zərər verdi. Netanyahu bu vəziyyətin fərqindədir. Belə ki, Likud Partiyasının da 4 ay əvvəllə müqayisədə reytinqində azalma müşahidə edilir. Bununla israillilərin 70 faizinin Qəzza siyasətindən məmun olmaması Netanyahunun kabusuna dönüşüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...