Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Qəzzalılar, bu sizə səfalətdən başqa bir şey gətirməyəcək” – Trampdan sərt açıqlama

Tramp: “İsraili öz vətəndaşlarını qorumaqda 100 faiz dəstəkləyirik”.

ABŞ prezidenti Donald Tramp, Qəzzadan İsrailə atılan raket hücumlarına qarşı İsraili dəstəklədiyini açıqlayıb.

Din.az xəbər verir ki, bu barədə Tramp Tvitter hesabında mesaj yazıb:
“İsrail yenə “Həmas” və “İslami Cihad” terror təşkilatlarının ölümcül, sıx raket hücumları ilə qarşı-qarşıya qalıb. İsraili öz vətəndaşlarını qorumaqda 100 faiz dəstəkləyirik”.

Tramp həmçinin Qəzza xalqına müraciət edərək deyib: “Qəzzalılar, İsrailə qarşı terror aktları sizə səfalətdən başqa bir şey gətirməyəcək. Şiddətə son verin və sülh üçün çalışın”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...