Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qırğızıstan: FETÖ məsələsində yardımçı olmağa hazırıq

“Bu təkcə Türkiyə deyil, Qırğızıstanın da təhlükəsizlik məsələsidir”.

Qırğızıstanın Türkiyədəki səfiri İbragim Junusov FETÖ mövzusunda Türkiyəylə mövcud ikitərəfli müqavilələr çərçivəsində əməkdaşlıq etdiklərini və bu əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirib.

Din.az xarici mediaya istinadən xəbər verir ki, Junusovun məlumatına görə, bu istiqamətdə əməkdaşlıq edəcəyik:

“Bu təkcə Türkiyə deyil, Qırğızıstanın da təhlükəsizlik məsələsidir. Bu məsələdə Türkiyəylə çalışırıq. Müraciətlər var. Əgər yeni bir xəbər çıxırsa bizimlə bölüşürlər. Nazirliklərimiz arasında xüsusi nota mübadiləsi olur” – deyə açıqlayıb.

FETÖ-ya qarşı mübarizə məsələsində Türkiyənin mövqeyini bölüşdüklərini və bu istiqamətdə əməkdaşlığın ikitərəfli təhlükəsizlik müqavilələrinə əsaslandığını dilə gətirən qırğız səfir hərəkətə keçməyimiz üçün hüquqi dəlillərə ehtiyacları olduğunu vurğulayıb:

“Bizə verilən adlar var, bu adlarla bağlı həqiqətən də məhkəmə qərarları var? Bu qərarların bizə təqdim edilməsi lazımdır”, – deyə İ.Junusov qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...