Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

“QIRĞIZISTAN PREZİDENTİ DƏ FETÖ-DAN PUL ALIB” – ŞOK İDDİA

Share Button

FETO üzvləri yaşadıqları ölkələrdə dövlət məmurlarına pul göndəriblər.

Qırğızıstan Prezidenti Almazbek Atambayevin FETO şəbəkəsindən maliyyə aldığını düşünürəm.

“Din.az” “A24.Az”a istinadən xəbər verir ki, bu sözləri keçmiş FETO-çu Hayati Küçük deyib.

57c288426ce4362d8c89c072

Bir vaxtlar şəbəkənin ən yüksək postlarında yer alan və Gürcüstanda xidmət keçmiş Hayati Küçük bildirib ki, FETO həmçinin ABŞ-da Hillari Klintona da müxtəlif formalarda dəstək verir:

“Şəbəkə hər ölkənin maliyyə imkanları ilə bağlı yetərli məlumata sahibdir. Gürcüstanda maliyyə mənbələri zəif olduğundan xaricdən də dəstək alırdıq. Gürcüstandakı fəaliyyətimizi illər boyu Dənizlidən gələn dəstəklə davam etdirə bildik. FETO-çular yaşadıqları ölkələrdə siyasətçilərə, ədliyyə və məhkəmə orqanlarına pul göndərir. Konstitusiya Məhkəməsindən tutmuş təhsil nazirinə qədər gedib çıxır. Hətta Atambayevin belə bu şəbəkədən pul aldığını düşünürəm”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir